menyu  
  baş səhifə
  H.O.S.T səsvermə
  H.O.S.T-un yaranması
  H.O.S.T lyircs
  H.O.S.T albomları (arxiv)
  H.O.S.T mp3
  H.O.S.T foto
  H.O.S.T video
  Qaraqan-ın həyatı
  ProMete-nin həyatı
  Jamal ali-nin həyatı
  online
  CHAT
  MP3 mahnılar
  videolar
  proqramlar
  RYDER
  azəri reperlərin həyatı və yaradıcığı
  RAP-in yaranma tarixi
  BAGIO
  ADMİNLƏ ƏLAQƏ
HosT-BakU.Tk
azəri reperlərin həyatı və yaradıcığı

Dəyirman — Azərbaycanda fəaliyyət göstərən rep qrupu. Dəyirman qrupu 1996-cı ildə 4 gənc repçi tərəfindən yaradılmışdır. Əvvəlcə qrup "GGG-ailəsi" adlandırılsa da, sonralar onun adı "Dəyirman"a dəyişdirilmişdir. Azərbaycan tamaşaçıları qrupu müğənni Leyla ilə birlikdə "Sarı gəlin" mahnısına çəkdirdikləri klip ilə tanıdı. Sonralar "Dəyirman" Azərbaycanın bəzi xalq və uşaq mahnılarını rep üslubunda remiks etdi. Qrupun ən uğurlu mahnılarından biri "Ya Qarabağ, ya ölüm" sayılır.
2002-ci ilin yanvarın 20-də Emo adlı yeni başlayan reperin təşəbbüsü ilə qrup yığılır. 3 mc Mr Ib, onun kursant dostu Nicks ve Emo, qrupun beatmakeri CeyhunN idi. Qrup "Uran" adlandırılır. Qrup CeyhunN və Mc Rein-in JFM adlı Homestudiosunda formalaşır və ilk treki burda yazırlar ("Baş ağrıları" Sözlər:Mr.Ib, minus CeyhunN). 2003 15 mart: Emo qrupu tərk edir. 2003, 5 oktyabr: Mr Ib Caspian Clan'la tanış olur. Klanla onu Caspian Clanın üzvü Əli tanış edir. 2003 ,12 oktyabr: Mr.Ib plagiat minus altında özünün ilk solo trekini yazdırır. (S.V.D.M) yazılma Caspian Clan Records'da olur. 2003, 16 oktyabr: Uran grupunun "Millətçi" adlı treki ilk dəfə radioda səslənir.Trek 2 ci səslənmədən sonra top 10 da 9 yeri tutur (101 fm - Ya Bizimkilər). 2003, 21 noyabr: Uran qrupu partidə ilk çıxışını edir. Mr Ib öz freestyle bacarığını ilk dəfə 4 mc-ə qarşı (Sirius, Nadir, Cin, Qara Mehdi) göstərir. (Uranı hələ indiyə kimi freestyle'de heç kim məğlub edə bilməyib) 2003, 21 dekabr: MSB klan "Ozan" barında ilk partisini keçirir:(30 nəfər tamaşaçı) Partydə Uran və Drugs qruplarından başqa Dələduzlar və Təkbətək qrupları və Titan adll namelum bir roker çıxış edir.
Anar Nağılbaz 1974-cü il mart ayının 28-də Bakı şəhərində dünyaya gəlmişdir. 1988-ci ildən repə maraq göstərməyə başlamışdır. 1990-cı ildə ilk dəfə Yaltada "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" repini ifa etmişdir. 1991-ci ildə "Aysel" miniatür teatr studiyasını yaratmışdır. 1992-ci ildə "Canlı klip şou" rep bəstəsini geniş ictimaiyyətə təqdim etmişdir. 1993-cü ildə "Narkodünya" mahnısıyla şöhrət qazanmışdır. 1990-1992-ci illərdə "Kirpi" jurnalının, 1993-1995-ci illərdə "Naxçıvan" qəzetinin müxbiri olmuşdur. Böyük səhnəyə 1993-cü il fevralın 28-də "Canlı klip" teatrının müşayəti ilə Azərbaycan Dövlət Sirkində çıxmışdır. 1996-cı ildə ilk albomu işıq üzü görmüşdür. Onun rep bəstələrinin əksəriyyətində çox ciddi problemlər zarafatla, yumorla öz əksini tapmışdır. Bəstələrinin əksəriyyəti adı ilə deyil, mahnının mətnindəki ifadələrlə yaddaşlarda qalmışdır (məsələn, "Gəl gülüm"də "it qızı-it" və ya "Mənim sevgilim"də "Mənim sevgilim Conidir Coni, özü amerikalı, firması Soni" və s.). Digər tanınmış rep bəstələri: "Səhər olmayacaq" (1997), "Keçdi günlər" (1999) və (2000), "O qızı görən olubmu?" (2000), "Zaman o zaman deyil" (2001), "Dost" (2003), "İç xəbər" (2005), "Nömrə narkotik" (2005), "Göbələk" (2005) və s.
Qrupun əsası 2004 ci ildə qoyulub. Klan A Plan O vaxt qrup yox, klan şəklində fəaliyyət göstərirdi. Hal-hazırda qrup kimi fəaliyyət göstərən KAPın 4 üzvü var. (Tərcümeyi-hal) KLAN-A-PLAN adının açıqlanması. KLAN - Ailə, birlik. A - Azərbaycan. PLAN - İş. Yəni (Ailəvi olaraq Azərbaycan üçün görülən iş). Yaranma tarixi. KLAN-A-PLANın əsası 2004-cü ildə qoyulub. KLAN-A-PLAN o vaxtlar qrup yox, klan şəklində fəaliyyət göstərirdi. 2005-ci ildə klanda, heyət arasında dəyişiliklər olur və lazımsız şəxslər klandan avtomatik kənarlaşdırılır və bu klanın doğurdan da bu günə kimi atdığı düzgün addımlarının birincisi idi. Yeni heyət qurulduğu zaman iki nəfərdən Rüfət (RYDER) və Anar (CARUSO) dan ibarət olan ZL- "Zaqafqaziya Leqionu" qrupu klana daxil olur. 2006-cı ilin ortalarında uşaqların öz qərarı ilə KLAN-A-PLAN klan kimi fəaliyyətini dayandırır. Bundan sonra qrup şəklində işləməyə davam edirlər. KLAN-A-PLAN qrupun üzvləri Ramil Nabran, Anar (Caruso), Rüfət (Ryder), Azər (Boz) və Fərid (Qurd)dan ibarət olur. Bu günə kimi qrup öz fəaliyyətini davam edir. Sadəcə bu il (2009), Qurd öz istəyi ilə qrupdan və repdən kənarlaşır. KLAN-A-PLAN bu günkü formatıyla dinləyicilərə ALTERNATİV HİP HOP-u təqdim edir və başqa ifaçılardan öz dəsti-xəttiylə fərqlənirlər. (Qrup uzvləri) RAMİL NABRAN. 1992-ci ildən rep yazmağa başlasa da 2000-ci ildən rep deyir. Qrupun yaradıcılarındandır. KLAN-A-PLAN adının müəllifidir. Repdən əlavə əsas üstünlüyü Reqqi (Reggae) və Raqqamaffin ( Raggamuffin) janrlarına verir. BOZ. 2002-ci ildə repə gəlib. Qrupun yaradıcılarındandır. Repdə daima axtarışdadır. O zamankı klanda da, heyət arasında dəyişiklik məhz onun siyasətidir. CARUSO. 2000-ci ildən rep deyir. 2006-cı ildə klana daxil olub. Əvvəllər ZL. (Zaqafqaziya Leqionu) qrupunun üzvü idi. Qanqster rep (Gangster rap) janrına üstünlük verir RYDER. 2000-ci ildən rep deyir. 2005-ci ildə klana daxil olur. Əvvəllər ZL. (Zaqafqaziya Leqionu) qrupunun üzvü idi. Hal hazırda R&B stilində çalışır. Qrupun musiqi sahəsi ona aiddir. Habelə RYDER başqa gənc və tanınmış mügənnilərlə də işləyir. TV layihələr. 2007-ci ildə KLAN-A-PLAN qrupu, SPACE TV-nin layihəsi olan "MƏN DƏ VARAM"da çıxış edib. LİDER TV-nin "KİM? HARADA? NECƏ?", XƏZƏR TV-nin "ULDUZLU XƏZƏR" verlişlərinin soundtrektləri KLAN-A-PLANa məxsusdur. Gənclərlə bağlı bir çox verlişlərin daimi qonaqlarıdır. Əlavə məlumatlar: 2008-ci ildə Lider TV-nin kütlə arasında apardığı sorğu nəticəsində ilin qrupu adını almışdılar. İndiyə kimi bir çox tədbirlərdə, kimsəsiz uşaqlar evində, xeyriyə konsertlərində çıxış ediblər. "Bizə yox deyənə yox deyərik" trekinə klipləri var. Şəxsi KLAN-A-PLAN RECORDS adlı studiyaları var. İndiyə kimi 2 albom (PLAN No1, PLAN No2) buraxıblar. Hal hazırda PLAN No3 albomu üstündə hazırlıq gedir...
Elşad Xose 25 Sentyabr, 1979-cu ildə Bakı şəhərində anadan olub.Elşad hələ məktəbdə oxuyarkən özünə Xose ləqəbini seçmişdir və o zamandan etibarən "Elşad Xose" kimi tanınır.Noyabrın 6-da saat 14:00-da Day.Az Radioda Murad Arifin təqdimatında efirə çıxan “Həftənin Onluğu” verilişinin qonağı tanınmış repçi Elşad Xose olub.
əlavələr  
 

HOST-da ən çox kimləri bəyənirsiniz?
QARAQAN
AID
PROMETE
FECK
JAMAL ALI
DƏRVİŞ
ERRANT
FELON DE JURE

(Sonucu göster)


 
H.O.S.T -un idealogiyası  
  Sənə öyrədilən hər şeyi unut.
Sən qum dənəciyi qədər kiçiksən.
Sən həyatın boyu ölümü düşünmədən yaşayırsan.
Ölüm gələndə isə deyirsən “Mən ki heç yaşamadım”.
100 il sonra isə sənə görə heç kəs ağlamayacaq.



Sənə danışılan heç nəyə inanma.
Sənin beynini uşaq nağılları ilə doldurdular.
Səni inandırdılar ki, bir gün
Simurq quşu gələcək və bizi qaranlıq dünyadan xilas edəcək.
Sən heç vaxt xoşbəxt olmayacaqsan.
Çünki, gözəl pəncərə təkcə şüşənin təmizliyindən yox, həm də mənzərədən asılıdır.



Bizim arzularımız yoxdu. Bizim hədəflərimiz var.
Biz Tarixin sınma nöqtəsiyik.
Biz qorxularımızı ümidlərimizin yanında basdırdıq.
Bizim üçün dəyərli heç nə yoxdur.
Biz uça bilməyəcəyimizi dərk etmiş körpələrik.



Sənə inanan hər kəsi aldat.
Səni tərifləyən hər kəsi söy.
Bizi öldürməyən bizi gücləndirir.
Bizim gücümüz zəifliyimizi anlamağımızdadır.
Biz nə qəhrəmanlarıq, nə də ki ədalət döyüşçüləri.
Bizim döyüşümüz özümüzə qarşıdır!
 
H.O.S.T is not SATANİST !  
  H.O.S.T yaranandan deyirlərki satanistdilər.HOST satanist olsa idi
"Sidretil müntəha" trackini niyə oxuyardı Qaraqan?Bunlar sadəcə
olaraq bizi sevməyənlərin bizə qarşı mənasız fikirləridi.Satanizmin
işarəsi ilə HOST-un işarəsi eyni deyildir.Aid demişkən "məntiq
dibdədi dibdəki görünəcək".Amma sizi də qınamaq olmurda
bizi sevməyənlər əsl mübarizə görməyib axı.Bizi sevməyənlərə son
söz " MƏN H.O.S.T SƏN KÖLƏ" !
 
HOST divarına dəstək ol !  
 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol