menyu  
  baş səhifə
  H.O.S.T səsvermə
  H.O.S.T-un yaranması
  H.O.S.T lyircs
  H.O.S.T albomları (arxiv)
  H.O.S.T mp3
  H.O.S.T foto
  H.O.S.T video
  Qaraqan-ın həyatı
  ProMete-nin həyatı
  Jamal ali-nin həyatı
  online
  CHAT
  MP3 mahnılar
  videolar
  proqramlar
  RYDER
  azəri reperlərin həyatı və yaradıcığı
  RAP-in yaranma tarixi
  BAGIO
  ADMİNLƏ ƏLAQƏ
HosT-BakU.Tk
BAGIO

Heyat nedir?
Heyat nedir sualini qabaqlar ozume tez tez vererdim ..Heyat evveli bilinen lakin sonu istenilen vaxt biten bir yashadigimiz zamandir..Heyat chox qeliz,maraqli bir dovrdur..Deyirler heyatin uzune gulumse heyatda sene gulumseyecek..Lakin heyat her zaman gulumsemir insanin uzune..Heyatda yashadigima gore her gun shukur edirem ALLAHIMA. Heyat tecrubem chox olmasada heyatda chox shey gormushem.Deyirler Heyat bir teatrdir insanlar aktyorlar lakin bu aktyorlarin neche uzlu olduqlarini gorurem ve gormushem..Heyatin acili gunlerini chox gormushem.Amma sanki cemiyyetin haqsizliqlarini gorub ozume qapanib tek qalmaq isteyirem yadaki olmek isteyirem bu dunyadan kochub getmek isteyirem ki gormeyim bu dunyadaki bezi kafir insanlarin kafir hereketlerin,insanlarin yalanlarini haqsizliqlarini ..Herden heyatda meni sevenlere ve sevdiyim o gozel yar ile yalniz qalmaq isteyirem..Heyatin ushaqliqda bir shirin tort kimi oldugunu dushunurdum amma boyuydum ve boyuyurem boyudukcede heyatin aci bir zeher oldgunu herden xoshbext anlari ile shirin bir bal oldugunu dadiram ve yashayiram..Insanlarin oz durust sozlerini deyerek sonra rushvete gore kiminse qarshsinda alchalmagini yalanchi olmaqini gormek istemirem bu heyatda..Chox sheyi gormek istemirem amma gormeye mecburam..Heyat menim uchun bir uzun yoldur hansindaki gah budreyirem,gah sevincli oluram gahdaki hami xetrime deyende meni borclu chixardib balaca ushaq kimi boyukler terefinden haqsiz danlananda olmek isteyirem.. Bu yazini oxuyan deyecek bu ya emoluga dogru gedir yadaki PessimisTdir xeyr ne emoluga dogru gedirem nedeki pessimistem ammaki herden pessimistliy her bir insanda olur..Insan heyatin haqsizliqlarini gorende mehv olur eger o haqli dururst insandirsa..Herden dushunurem kash ushaq olaydim,shirin sozler eshidim sevinci ile yashayaydim..
Heyat
Heyat hamimiz ucun bir sual isharesidir. Cavabi belli olmayan olsa da cavablanmayan zaman... Kimisi mahiyyetine varmadan onu bacardigi kimi yashayir, kimisi anlashilmazliq icinde onu ozune hedef qerar verir, kimisi de qarshisina cixan ele ilk sualin onunde aciz qalib, bir addim da olsa ireli gede bilmir. Qarshimiza cixan suallar azmish kimi birini de ortaya cixarib :Mutleq bir menasi olmalidir" deyib novbeti vergulu qoyuruq. Dushunub danishir, sonra ise "Xeyir, bu da deyil" deyib onu da uzerinden otub kecirik. Bir yenilik elde etmek umudile bu qeder calishir, axirda baxib goruruk ki, elde etdiyimiz eslinde, yenilik deyil. Deyishen varsa, o da sual isharesinin nida ve vergule cevrilmesidir. Sen deme, aldugumuz yerde addimlayiriq. Suallar bash alib gedir, amma hamisi cavabsiz. Sen de menim kimisen? Sen de menim kimi geceler omrunun heder getdiyini yadina salir, tekbashina aglayib goz yashlari axidirsan? Son nefesini teki gecenin qaranligini icine cekirsen? Butun heyati tekbashina izleyen gozlerin agriyir? Sevdiklerin gelir gozlerinin onune? Etdiyin butun xetalari xatirlayirsan? Bes onlarin neticelerini nece, nezerden kecire bilersen? Sevmediyin insanlara qarshi etdiyin pislikler yadina dushur? Sanki dushunmeli bir shey yox idi. Yoxsa yaddashina bilmediyin setirleri yazmaq isteyirsen? Boshluqlar icinde uzursen, demek sende menim kimisen. Senin de menim kimi yalnizligin qoynunda olduguna eminem. Deyersiz insanlara nece deyer verdiyini soyleyirsen. Sen de menim kimi arxada qalan ve silinmesi asan olan izsen. De gorum qaranliqlar icinde sen de menim teki ozunu bashqalarindan ferqli hiss edirsen? Her gun ushaqlashdigin halda "Meni seven insanlar var" deyib ozune toxtaqliq verirsen? Sen hara apardigini bilmediyin yola cixirsan. Aldigin her bir nefesin zulmeti renglediyini zenn edirsen? Bilirem, sevdiklerini xatirlayirsan. Her seher gunesh dogar-dogmaz onlari yene de xatirlayacaqsan, buna emin ola bilersen.
Sevgide qürur
Gözəl bir payız səhəri idi. Ancaq olduqca da darıxdırıcı bir gün idi.. Payız yağışı yağırdı. Tənhalıqdan bezmişdim, gəzməyi düşündüm və bacımın dərsdən çıxmaq vaxtı olduğu üçün onu götürməyə getdim. Birdən gözlərim ay üzlü, incə belli, gülən üzlü bir qıza sataşdı. Gözlərim sanki işıq saçdı, onun gözəl gözləri məni elə bilki yenidən həyata bağladı. Evə gəldim, ancaq o gözəlin gözləri bir an olsun belə gözümün qarşısından getmirdi. Başladım hər gün bacımı götürmək bəhanəsi ilə məktəbə getməyə.. Lakin sonunda başa düşdüm ki, belə etməklə də heç nə əldə etməyəcəm və qərara gəldim ki, mən də o məktəbdə oxuyum. Sonunda gəldim məktəbə. Hər gün onu uzaqdan görmək belə mənə bəs edirdi. Həyatımdan çox qızlar keçmişdi, ancaq hamısı gəldi gedər sevgi idi, bu qızı sevincə isə, sevginin nə olduğunu başa düşdüm. Həyatda heç vaxt, heç kim və heç nəyə görə yenilməmişdim, ancaq bu məni sonunda həyat qarşısında yendirdi.. Günlərcə düşündüm, görəsən baxışlarım ona sevdiyimi başa salırmı? Mən necə ona sevdiyimi açıb deyimmi? Yoxsa səbr edim? Öz-özümə ancaq suallar verirdim və özümdə cavabını verirdim. Nəhayət cavabım səbr edim..! Səbr-səbr, beləliklə günlər həftələri, həftələr də ayları yola saldı, bir də oyandım ki, aradan 7 ay keçib və mən hələ də öz xəyalımda, öz sevgimin gözəl röyalarındayam. Onu röyamda gözəl bir gülə bənzədirdim, onlar kimi saf və gözəl idi.. Daim gülür, amma gülərkən arxada gözü yaşlı biri buraxdığından heç xəbəri yox idi. Sevirdim onu dəlicəsinə, düşünürdüm bəs bu qız məni heç vaxt sevməzsə nə edərəm..? Düşünmək belə çətin idi. Axı ümid deyilən bir şey var.. Düz deyiblər ki, ümid çarəsizlərindi. Onun da məni sevməsini arzulayırdım o böyük Allahdan. Bir gün çatda idim. Bir qızla başladım söhbət etməyə və bunla tanış olduq biz tanış olduqca gördüm ki, bu o qızdır. Həyat sürprizlərlə doludur ki, məni də öz sevdiyim qızla realda da olmasa virtualda qarşılıqlı söhbət etməyi qismət etdi.. İnana bilmirdim, qəlbim yerindən çıxacaq qədər atırdı. Əllərim buz kimi olmuşdu. Biz xeyli söhbət etdik. Onun da mənim haqda xeyli məlumatı var idi. Bunu özü dedi. Ancaq mənimlə az da olsa maraqlandığı xəbəri belə məni sevindirdi. Biz başladıq olduq dost. Bir neçə gün biz çatda söhbət etdik, sonra mən ona ondan çox xoşum gəldiyini dedim və onun da mənə qarşı nə hiss etdiyini, qısası “Hə” və ya “Yox” bir cavab deməsini istədim, söhbəti çox fırlatdı və nəhayət insanı diri ikən öldürəcək cavab verdi yəni... ”Yox”.. çox üzüldüm, sanki diri ikən öldüm, amma yenilmədim dedim özün bilərsən. Ancaq biz yenə də çatda başladıq söhbətimizi davam etməyə və səhərisi gün mən bir qərara gəldim.. Çünki ona sevgi təklif etdiyim gün göydən yerə vurmuşdu onun ”Yox” sözü beynimdən heç çıxmırdı. İnsanı da məhv edən kindir. Mən ona dedim ki, mən artıq səni yox başqasını sevirəm, hətta onunla da evlənəcəm. Özünü sındırmadı və beləliklə də mənə sonsuz xoşbəxtlik arzu etdi. Bu sözləri isə məni daha da məhv edirdi. Nə biləydim ki, oda məni sevirmiş, sadəcə ürəyində saxlayırmış. Bir axşam çağı idi, düzü mənimlə çox soyuq danışırdı, həmçinin mən də eynilə. Mənə dedi ki, doğurdan başqasını sevirsən..? Yenilməmək üçün dedim ”bəli” həmin dəqiqə mənə ölümdən belə betər gəldi. Ancaq onu sonsuz sevdiyimi bilmirdi. Sözümü dediyim an mənə cavab olaraq ”nifrət edirəm sənə” və məni birdəfəlik tərk etdi. Belə olacağını düşünməmişdim.. İndi çox peşmanam. Çünki məni məhv edən qürurum oldu.., yenilməz qürurum!!! Nə verdi qürurum mənə? dərddən başqa...!!! Sevgilim sən getdin. Zülmət bir qaranlıq, bir zindan yalnızlığı, ağır bir boşluq buraxdın geridə. Kaş ki, bunu əvvəldən duyardım, bağışla məni!!! Oğlanlar sözüm sizədir, sevgini qürurla ölçməyin, yoxsa sonunda məhv olan siz olacaqsınız. Unutmayın ki, insanı sevmək üçün bir an kifayətdir, onu unutmaq üçün isə bəzən ömür də az olur...
Bir virtual roman..
1-ci gün. Tanışlıq. Oğlan: salam Qız: salam Oğlan: Necəsən Qız: Belədə cox sagol sən necəsən? Oglan: məndə yaxşı. Qiz: Bəxtiyar Oglan: hə… Qiz: heç Oglan: de görüm ne olub axı? Qiz: nə bilim darıxıram. danış da… Oglan: hə...nədən danışım? Qiz: Nə bilim.Bax məsələn... Niyə axı sənin statusun həmişə üzgündür? Oğlan: Bilirsən? Mən 1 qızı sevirəm. O çox gözəldir. Amma mən onun haqda heç nə bilmirəm. Hətta adını da bilmirəm. Sadəcə o məndən 1 mərtəbə aşağıda qalır. Özüdə deyəsən tək. Amma çox gözəldir və deyəsən mənim varlığım və yoxluğum onun heç ruhunuda incitmir. Nəisə...öz problemlərimlə səni yormayım. Qız: Yox danış nə yormaq? Maraqlıdır danış. Oğlan: Nəyi maraqlıdır? Biz ki hələ cəmi 40 dəqiqədir ki tanışıq. Həm də virtual. Qız: Hərdən virtual tanışlıq realdan daha yaxın olur. Hərdən də elə olur ki ilk dəfə salam verib tanıdığın 1i səni daha yaxşı anlaya bilir. Mənim üçün bu hərdən daha 1 ömürdür. Yaxşı mən daha çıxım yuxum gəlir. Sağ ol. Oğlan: Sag ol… 2-ci gün Oğlan: Salam Qız: Salam necəsən? Oğlan: Yaxşı. Sən necəsən?Necə yatmısan? Qız: Mən belədə gec yatmışam. İndi də başım ağrayır. Gözlə dərman içib gəlirəm. Oğlan: ok…gözləyirəm. Qız: Hə...gəldim. İndi de görüm sən necə yatmısan? Əhvalın necədir? Oğlan: Məndə yaxşı. Əla yatmışam. Qız: Lap yaxşı. Oğlan: Özün haqda danışda.... Qız: Nə danışım? Oğlan: Nə bilim. Məsələn mənim repdən xoşum gəlir. İdman stilində geyinirəm. Futbolnan məşğulam. İtləri sevirəm. Bəs sən? Qız: hmm...Mən daha çox klassik geyinirəm və daha çox rok dinləyirəm. Oğlan: hə....Deməli belə-belə işler... Qız: Yaxşı Bəxtiyar. Çıxım. Gedim yuxum gəlir. Sonra yenə danışarıq.Sənlə danışmaq xoşdur. Oğlan: Mənə də sənlə danışmaq xoşdur. Gecən xeyrə. 3-cü gün Qız: Salam Bəxtiyar. Oğlan: Ooo salam. Necəsən? Nə var nə yox? Nə yaxşı gəldin? Darıxırdım burda tək. Qız: Çox sağol canım. Mən yaxşı. Hə mən də darıxırdım. Sən necəsən? Oğlan: Mən belə də sıxılıram. Bilirsən mən heç sənin adınıda bilmirəm e… Qız: Adım Elina. Oğlan: Hmm çox qəşəng adın var. Bəs niyə gizlədirdin ki? Qız: Gizlətmirdim e. Sadəcə nə bilim....Deməmişdim. Bunada öz səbəblərim var. Özüdə az deyil. Virtualda insanı tez tanımaq olmur. Oğlan: hə onu düz deyirsən.Elə həyatda da insanlar çox maskalanırlar. Amma gec yada tez hər kəs öz maskalarını itirir. Qız: hə canım.Maskalar sifətlər insanlar. Oğlan: Qulaq as. Mənə şəklini göndərə bilərsən? Sən mənə çox maraqlı gəlirsən. Sadəcə səni görmək istəyirəm. Qız: Hmm yaxşı bilmirəm niyə. Amma mən sənə inanıram.ok qəbul elə. Fayl qəbul olundu. Bəxtiyar faylı açdı və şəkilə klik etdi. Şəkil açıldı və budur... Onun 1 neçə müddətdir sevdiyi o qonşu qızının şəkli idi. O heyrət içində donub qalmışdı. Heçnə edə bilmirdi. Nə danışa nə yaza. Nəsə etməyə çalışmırdı da. O sadəcə indicə öyrəndiyi həqiqətdən şoka düşmüşdü. Qız: hmm Bəxtiyar?Sən ordasan? Bəxtiyar isə hələ şokdan yeni-yeni özünə gəlmişdi. O gözlərini şəkildən ayıra bilmirdi. Sarı qəhvəyi saçlar yaşıl parıldayan gözlər nazik dodaqlar enli kirpiklər. Bəxtiyar: Hə burdayam. Nədənsə yalan danışdı. Bəxtiyar: Çayı üstümə dağıtmışdım.köynəyimi dəyişirdim.Sən sən çox gözəlsən. Qız: e…yaxşı yalan demə.nəyim gözeldir?indi sən göndər öz şəklini. Bəxtiyar susdu. Biraz fikirləşdi. Düzdür, o qonşusu Bəxtiyara heç fikir verməmişdi. Amma əgər görübsə tanıyırsa üzdən Bəxtiyar nədənsə çəkindi və yenə də yalan dedi. Bəxtiyar: Mənim kompyüterim format olub e... ona göre şəkillərim silinib. Başqa vaxtı söz verirəm göndərərəm. Qız: hmm... ok. Bəxtiyar nə vaxt olsa göndərərsən. Bilirsən? Mən sənin şəklini görməmişəm amma sənə çox bağlanmışam... Mənim həyatda heç kimim yoxdur. Ona görədə burdakılarla yaxınam. Amma axır vaxtlar ancaq sənsən. Nədənsə səni çox istəməyə başlamışam. Bəxtiyar: hmm bilmirəm nə deyim zaman Elina. Mən sənə indi heç bir söz deyə bilmərəm. Çünki indi başım ağrayır. Qız: Yaxşı, Bəxtiyar mən çıxım gedim yatım. Sağol, canım. Bəxtiyar: Sağol, Elina gecən xeyrə. Şirin yuxular. 4-cü gün. Həqiqət ağrısı. Qız: Salam canım. Bəxtiyar: Salam xoş gəldin necəsən? Qız: Sağol yaxşıyamş Sən necəsən? Oğlan: Mən əla. Qız: Nə əcəb əla? Bəxtiyar nə deyəcəyini fikirləşdi… axı əsl həqiqəti ona açıb deyə bilməzdi. Deyə bilməzdi ki 1 ildi realda sevdiyi qız virtualda ona bu qədər yaxındır. Yenə də yalan dedi. Oğlan: Nə bilim daha başım ağrımır. Həm də ki daha sən varsan. Qız: Nə mən? Harda mən varam? Oğlan: Hələ dəqiq aydınlaşdırmamışam. Amma hələ ki ən azından mənimlə bax virtualdasan. Mən buna çox sevinirəm. Qız: Hmm çox sağol. 13 dəqiqəlik süküt. Oğlan: Niyə susursan Elina? Qız: Nə bilim. Bezmişəm. Oğlan: Nədən? Kimdən? Danış görüm nə olub axı? Qız: Hər kəsdən hər şeydən insanlardan bütün cəmiyyətdən. İnsanlar elə laqeydləşiblər ki bir-birlərinə. Elə vəhşiləşiblər ki çöl heyvanları onların yanında heç nədir. O gün metroda 1 nəfər gördüm. 4 nəfər birləşib döyürdü onu dib tərəfdə. Amma heç birisi kömək etmədi hamısı vəhşidir... İnsanlardan bezmişəm. Hamısı yalançıdır. Bezmişəm. Hər gün 1 yerdə müharibə başlayır. Hər gün minlərlə körpə öldürülür. Nə vaxt olacaq bütün dünyada sülh? Nə vaxt bitəcək qırğınlar müharibələr qətllər yalanlar aldatmalar? Oğlan: Bilmirəm Elina. Amma heçnə əbədi deyil. Hər şeyin 1 sonu var və dözmək lazımdır. Mübarizə aparmaq lazımdır. Qız: Hə...mübarizə. Onsuz da ondan başqa nə verirlər ki bizə. Yaxşı mən gedim yatım. Yorğunam. Gecən xeyrə.... Oğlan: Xeyrə qarşı. Şirin yuxular bidənəm. 5-ci gün. Narahatlıq. Qız: Salam. Burdasan? uff hardasan e... Sən yoxsan bura elə darıxdırıcıdır ki. Sənə elə bağlandım ki bu 4 gündə. Deyəsən gəlməyəcəksən. Yaxşı mən çıxdım. Öpürəm səni sağol. 6-cı gün. Tənhalıq. Qız: Salam. Nə olub axı sənə? Heç olmasa arada girəndə cavab yazda. Bəxtiyar sən yaxşısan? Heç olmasa yaz ki yaxşıyam. Narahat oluram axı..uf... nəisə. Getdim sağol. 7-ci gün. Üsyan. Qız: Salam bircə demə ki yoxsan burda... ey mən darıxıram axı... Aydındır səndə belə etdin... Sən də məni tərk etdin hamı kimi. Mən isə sənə inanmışdım. Özümdən çox inanmışdım. Səndə bu cəmiyyət tək əclaf çıxdın. Əclaf... nəisə daha səni narahat etməyəcəm. Bu gündən sonra daha heç kimi narahat etməyəcəm. Nə də kimsə məni. Mən daha bezmişəm. ƏLVİDA... Gecə saat 04:50... 16 mərtəbəli binanın damı güclü külək. Dizlərini qucaqlayıb damın ən kənarında oturmuş Elina... göz yaşlarında boğulan yam-yaşıl firuzə tək gözlər. Elina indi kimsəsiz uçurumun kənarındadır ki indi bircə addım və o artiıq bu həyatla vidalaşa bilər. Sonsuz dərəcədə nifrət bəslədiyi bu həyat. İnsanları dövlətləri hökumətləri təbiətləri vəhşi insanlar həm də çox vəhşi. Onunsa düşüncələrində indi ən son Bəxtiyarın nifrəti dolaşır. Elina ayağa durdu, addım atmaq istəyirdi. Amma birdən sağda oturan bir oğlan gördü. O da nədənsə ağlayırdı. Elina ömrü boyu bir oğlanın belə ağladığını görməmişdi. O özünü öldürmək istəyirdi. Amma Elinaya maraq və insanlıq hissi güc gəldi. O oğlana yaxınlaşdı. Qız: ey..niyə ağlayırsan? Oğlan: Mənim dostum ölüb… Qız: Bəs necə olub? Nə olub ona? Oğlan: O intihar elədi 3 gün əvvəl. Özünü bax burdan mən dayandığım yerdən atdı. Mən isə ona kömək edə bilmədim. İstədim çox istədim qoymayım bunu eləməyə. Amma çata bilmədim. O quş tək sanki qanad vurub uçmaq istəyirdi. Elina: Bəs axı niyə? Niyə intihar? Elinanın təəccübdən gözləri iriləmişdi. O dəhşət içində idi. Oğlan: O bir qızı sevirdi. O qız da bu binadan idi. 15-ci mərtəbədə qalırdı və o qızla təsadüfən internetdə tanış olmuşdu. Sadəcə sonda anladı ki o qız heç vaxt onun olmayacaq. Bəxtiyar özünü öldürdü. 3 gün qabaq. Bax elə həmin bu yerdən. Mənəsə son sözləri...onu qoru. Sevdiyi qızın yaşaması onun son arzusu idi. Mənsə o qızı heç tanımıram da. Dostumun son arzusunu da yerinə yetirə bilməyəcəm. O bu sevginin mümkünsüz olduğunu bilirdi və ona gorə də getdi. Əlvida belə demədən. O sevdiyinin xoşbəxt olmasını yaşamasını istəyirdi. Başa düşürsən? Əlvida belə demədən. Nəyə görə? Təkcə o qızın yaşaması üçün xoşbəxtliyi üçün. Oğlan daha da bərk hönkürtü ilə ağlamağa başladı. Elina dəhşət içində bütün olanlara qulaq asdı. O artıq hər şeyi anlamışdı. Onun Bəxtiyarı özünü öldürmüşdü. Elina oğlanı qucaqladı. Bir müddət susaraq onunla birlikdə ağladı. Sonra onu ayağa qaldırdı və gözlərinə baxıb dedi. Qız: Sən dostunun artıq son arzusunu yerinə yetirdin...o kimsəsiz qız artıq yaşayacaq. O Bextiyarın son arzusunu yerinə yetirəcək. Nə olursa olsun bu cəmiyyətlə mübarizə aparacaq. Elina yavaş-yavaş geriyə döndü göz yaşlarını əlləri ilə silərək evə getdi. Artıq günəş çıxır üfiq çox gözəldir. Damın başında indi yalnız Kənan qalıb. O Kənan hansı ki real həyatda Elinanı təmənnasız sevir. O Kənan hansı ki virtualda Elinanı tapmışdı və Bəxtiyar personajı quraraq onunla ünsiyyət qurmuşdu. Amma Kənan bilirdi ki bu sevgi mümkün deyil. O xoşbəxtlik yox ancaq bədbəxtlik gətirəcək. Buna görə də o növbəti yalanını demişdi. Elina yaşasın deyə və yenə də Kənan hər gün olduğu kimi günəşi qarşılayırdı və yenədə tək. Bir virtual romanı da beləcə səhifələrini rəngləyib vidalaşdı. Sevgi hər yerdə mümkündür. Real və ya virtual. Fərqi yoxdur. Sadəcə əsl sevgi var və sevgi üçün bəzən tərk etmək öz sevgindən əl çəkmək yalanlar uydurmaq var..
Hüznlü sevgi..
Hüznlü sevgi Gənc bir qız ağır bir xəstəliyin pəncəsində son günlərini yaşayırdı. Yaralı qəlbi artıq bu dünyada dözə bilmirdi. Qızın çox varlı olan ailəsi bütün qəzetlərə qızın qəlbin sağaldacaq adamı tapmaq üçün elan vermişdi. Qızı üçün canını qurban verəcək birini axtarırdılar. Çünki qızın ürəyini dəyişdirmək lazım idi. Gənc qızın xəstəxana otağında həyatı günü-gündən solurdu. Yenə xəstəxana otağında yalnız idi. Gözü yaşlı, boynu bükük ölümü gözləyirdi. Gözlərini bağlayıb bu kiçik otaqda yalnız göz yaşı tökməkdən yorulmuşdu. Yenə də əngəl ola bilmədi bulaq kimi çağlayan gözlərinə. Sevgilisi düşdü yadına, kasıb amma onu ölüncə sevən sevgilisi. Hər gün eyni şeyləri fikirləşib, keçmiş xatirələri bir film kimi gözlərinin önünə gətirirdi. "Pulum yoxdur amma sənə verə biləcəyim sevgi dolu bir qəlbim var" demişdi sevdiyi oğlan. Gənc qızda başqa bir şey istəmirdi. Sevgiyə möhtac olan biri, sevdiyinin sevgisindən başqa nə istiyə bilərdiki. Amma olmamışdı, dünyalar qədər bir-birilərini sevən sevgililərin arasına pul, var dövlət girib onları ayıra bilmişdi. Amma indi var dövlətin keçmədiyi bir vaxt gəlmişdi. Nə mənası vardı artıq??? Bu son günlərində, sevdiyi oğlan yanında olsaydı heç bu qədər ağlamazdı. Ayrıldıqları gündən indiyə qədər 5 il keçmişdi. Amma hər gün həsrət çəkmiş ürəyini kimsəylə bölməmişdi. Elə həmin vaxt sevdiyini fikirləşdi. Görəsən nələr etmişdi bu il müddətində sevdiyi oğlan... Kim bilir bəlkə də evlənmişdir. Gözlərindən bir damla yaş daha damladı qurumuş dodaqlarına. Əllərinə baxdı. Bir zamanlar əllərinin, sevdiyinin əllərini tutduğunu xəyal edib hər gün saatlarca əllərinə baxardı. Ən çox saçlarının tökülməyi onu ağladırdı. Çünki bir zamanlar o saçları sevdiyi oğlan öpmüşdü. Hər gün gözlərindən bir damla yaş axanda qəlbinə sanki bir ox batırdı. Qəlbi yenə sızlamağa başladı. Bəlkə sevdiyi yanında olsaydı qəlbi bu qədər yorulub, əlvida deməzdi həyata. Qız artıq ölümdən qorxmurdu. Sevdiyindən ayrı yaşamağın ölümdən nə fərqi var idi ki, təkrar yenə sevdiyi düşdü yadına. Kaş yanımda olsa dedi gənc qız. Gözlərini son dəfə öpsə, rahatca əbədi olaraq gözlərini yuma bilərdi artıq. Yenə gözləri bulaq kimi çağlamağa başladı. Sevdiyini son dəfə görməmiş ölmək istəmirdi. Az da olsa ondan bir xatirə almamış bu dünyadan köçmək istəmirdi. Amma sevdiyi kim bilir kiminlə bərabər idi...! Qız öz sevgi dolu qəlbini heç kimlə bölməmişdi görəsən oğlan kiminlə bölmüşdü öz qəlbini? Onun sevgisini silib atdımı görən qəlbindən? Qızın içi birdən nifrətlə doldu. Üstünə bir ağırlıq çökdü. Onu düşünəndə hər dəqiqəsinin hüznlü keçməsi çətin gəlirdi gənc qıza. Ölmək istədi, artıq yaşamaq istəmirdi bu dünyada. Amma sevdiyindən bir xatirə almamış bu dünyadan köçməyəcəyinə and içmişdi gənc qız. Kim bilir bəlkə də sevdiyi oğlan onu unudub artıq. Təkrar gözlərini açdı. Dərin bir düşüntü. Birdən qızın atası içəri girdi. Və qızına ürəyini vermək istəyən bir könüllü tapıldığını dedi. Qız bu xəbərə heç sevinmədi. Gözləri artıq yaşla dolmuşdu. Həmin gecə biri gözlərini əbədi olaraq yumdu və gənc qız cərrahiyyə əməliyyatı olundu. Əməliyyatdan 1 həftə sonra qız sağaldı. Amma dünya daha başqa gəldi qıza. Sanki nə isə əksik idi həyatından. Aradan aylar keçmişdi gənc qız artıq təmiz sağalmışdır. Amma içindəki həsrət, kövrəklik qurtarmamışdı. Sevdiyi yadına düşəndə ürəyi əvvəlkindən çox ağrıyırdı. Bir dəfə görə bilsəydim deyə ürəyində danışdı. Qəlbi yenə sızlamağa başlamışdı. Amma nəyə görəsə hər gecə qəfildən güclənir və onu yuxudan oyandırırdı və bərk döyünürdü. Amma qızın dibçəkdə yetişdirdiyi güllər var idi ki, həmişə onlarla danışırdı. Ən çox sevdiyi gülü isə qızıl gül idi. Çünki qızıl gülün yeri onun üçün ayrı idi. Çünki o gül də gənc qızla gülüb ağlayırdı. Amma qız bu qızıl gülü sevdiyinə hədiyyə verəcəyinə and içmişdi. Bu gülü ona görə saxlayırdı. Birdən qapıları döyüldü qızın. Qız qapını açdı amma heç kim yox idi. Birdən gözü yerdəki ağ məktub zərfinə sataşdı. Yavaşca gəlib zərfi yerdən götürdü. Bu an qəlbi həyəcanla döyülməyə başladı. Nə olduğunu başa düşmürdü qız. Zərfin üzərində nə ad nədə adres var idi. Qız zərfi açdı. İçindən ağ bir kağıza yazılmış bir məktub çıxdı. Qəlbi daha güclü döyünməyə başladı. Çünki sevdiyi oğlanın qoxusu var idi bu məktubda. Başı gicəllənməyə başladı. Gedib yavaşca divanda oturdu. Kağızı açdı və əlləri titrəyərək oxumağa başladı. Sevdiyi oğlan məktubda belə yazmışdı: Sevgilim səndən ayrılandan sonra bir ürəyə iki sevginin sığmayacağını başa düşdüm. Səndən sonra nə birini sevdim nə də birinə baxdım. Sadəcə həmişə səni sevdim. Sənsiz günlərimin hər biri o birindən daha çətin keçirdi. Hər gün daha çox darıxırdım. Sənə bir kitab şer yazdım. Hər gün yazdım, hər gün oxudum illərcə ağladım. Hər gecə səhərə qədər səni düşündüm. Hər gecə sənin yanında olmağı istədim və hər gecə sənsizliyə lənət etdim. Yuxuları haram etdim özümə. Sənsizliyin acığın gözlərimdən aldım və bir gün hər şeyi dəyişdirəcək bir fürsət düşdü əlimə. Bunu fürsət hesab etməyib özümə haqsızlıq edə bilmədim. Və bu fürsət məni səndən çox uzaqlara apardı. Mən səndən çox uzaqlara getdim, bəlkə səni unudaram dedim. Amma tam tərsi oldu. Səndən uzaqlardaydım, amma səni görmək üçün uzaqlardan səni görməyə gəlirdim. Həmdə hər gecə gəlirdim. Gəlib sənə baxırdım, səni sevirəm və əyilib hər gecə yanağından öpürdüm. Sən isə hər gecə gözlərini açıb baxarkən gəldiyimi zənn edirdin. Amma məni görməyib təkrarən yuxuya dalırdın. Sabah bir-birimizi sevməyimizin altıncı il dönümüdür. Həmişə mən gəldim sənin yanına sabah da sən gəl sevgilim. Sənin hər dəfə qəlbin döyünərək ağrıyanda mən sənin yanında olurdum. Amma birdə unutmamış deyim ki, sinəndə daşıdığın mənim qəlbimə yaxşı bax. Çünki göz yaşlarımla adını yazdım ora. Səni səndən çox sevən bir sevgi var qəlbinin içində. Gələndə qızıl gülü də yaddan çıxarma. Səni sevirəm yanıma gələnə qədər də sevəcəm sevgilim... Bu sözləri oxuyandan sonra qız sinəsində daşıdığı ürəyin sevdiyi oğlana aid olduğunu və cərrahiyyə əməliyyatından çıxanda gördüyü üzü bağlı cansız gəncin öz ürəyini qıza verən sevgilisi olduğunu başa düşdü. Elə həmin vaxt qız ölüm yuxusuna getdi. Amma qızın ürəyi döyünür. Aradan 20 il keçdi amma ürəyi döyünsə də qız ölüm yuxusunda xəstəxana otağında yatır, sonsuza dəkdə yatacaq ...
əlavələr  
 

HOST-da ən çox kimləri bəyənirsiniz?
QARAQAN
AID
PROMETE
FECK
JAMAL ALI
DƏRVİŞ
ERRANT
FELON DE JURE

(Sonucu göster)


 
H.O.S.T -un idealogiyası  
  Sənə öyrədilən hər şeyi unut.
Sən qum dənəciyi qədər kiçiksən.
Sən həyatın boyu ölümü düşünmədən yaşayırsan.
Ölüm gələndə isə deyirsən “Mən ki heç yaşamadım”.
100 il sonra isə sənə görə heç kəs ağlamayacaq.



Sənə danışılan heç nəyə inanma.
Sənin beynini uşaq nağılları ilə doldurdular.
Səni inandırdılar ki, bir gün
Simurq quşu gələcək və bizi qaranlıq dünyadan xilas edəcək.
Sən heç vaxt xoşbəxt olmayacaqsan.
Çünki, gözəl pəncərə təkcə şüşənin təmizliyindən yox, həm də mənzərədən asılıdır.



Bizim arzularımız yoxdu. Bizim hədəflərimiz var.
Biz Tarixin sınma nöqtəsiyik.
Biz qorxularımızı ümidlərimizin yanında basdırdıq.
Bizim üçün dəyərli heç nə yoxdur.
Biz uça bilməyəcəyimizi dərk etmiş körpələrik.



Sənə inanan hər kəsi aldat.
Səni tərifləyən hər kəsi söy.
Bizi öldürməyən bizi gücləndirir.
Bizim gücümüz zəifliyimizi anlamağımızdadır.
Biz nə qəhrəmanlarıq, nə də ki ədalət döyüşçüləri.
Bizim döyüşümüz özümüzə qarşıdır!
 
H.O.S.T is not SATANİST !  
  H.O.S.T yaranandan deyirlərki satanistdilər.HOST satanist olsa idi
"Sidretil müntəha" trackini niyə oxuyardı Qaraqan?Bunlar sadəcə
olaraq bizi sevməyənlərin bizə qarşı mənasız fikirləridi.Satanizmin
işarəsi ilə HOST-un işarəsi eyni deyildir.Aid demişkən "məntiq
dibdədi dibdəki görünəcək".Amma sizi də qınamaq olmurda
bizi sevməyənlər əsl mübarizə görməyib axı.Bizi sevməyənlərə son
söz " MƏN H.O.S.T SƏN KÖLƏ" !
 
HOST divarına dəstək ol !  
 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol