menyu  
  baş səhifə
  H.O.S.T səsvermə
  H.O.S.T-un yaranması
  H.O.S.T lyircs
  H.O.S.T albomları (arxiv)
  H.O.S.T mp3
  H.O.S.T foto
  H.O.S.T video
  Qaraqan-ın həyatı
  ProMete-nin həyatı
  Jamal ali-nin həyatı
  online
  CHAT
  MP3 mahnılar
  videolar
  proqramlar
  RYDER
  azəri reperlərin həyatı və yaradıcığı
  RAP-in yaranma tarixi
  BAGIO
  ADMİNLƏ ƏLAQƏ
HosT-BakU.Tk
H.O.S.T albomları (arxiv)

"Proloq"2007ci il albomu...Prodüsinq şirkətləriylə anlaşmayan və anlaşmaq da istəməyən qrup albomu pulsuz paylamağa qərar verir. Artıq ilin sonuna lazımi uğuru qazanan albomdakı bir çox treklər virus kimi yayılmağa başlayır. İlin sonunda isə yeni albom haqqında müzakirələr başlayır. Dekabrda keçirilən kiçik konsertdən sonra bu yöndə planlar konkretləşir. Artıq bir neçə treklər sinql kimi hazır olduğundan qrupun yeni albom ideasıyla bağlı fikirləri də yubanmır. Jamal Ali, Felon De Jure, Feck və ErranT təhsillə bağlı Türkiyədə olduğundan albom üzərində digər dördlük daha çox çalışır – PRoMete, Qaraqan, AiD və Dərviş.
"Qarada Qırmızı"2008ci il albomu...Təsadüfi deyil ki, albom da məhz bu dördlüyün çıxışlarından hazırlanır. Hərçənd treklərin musiqilərində Felon De Jure və ErranT`ın da əməyi olur. Qrup yaratmaq istədiyin cərəyanın təməl prinsiplərini də məhz bu albomda açıqlayır. Bir çox treklər “A” kitabıyla assosasiyada olur. Eyni zamanda tənqidi mövzulara geniş yer ayrılır. Bu arada albom yazılışları zamanı Dərviş rap fəaliyyətinə son qoyur. Albomun adı isə özlüyündə heç bir müzakirə doğurmur – “Qarada Qırmızı”. İlk buraxılış Limited Edition olur. Və ekslküziv yolla əldə edilir. Daha sonra böyük kütlə üçün CD`lər satışa təqdim edilir. Yayda Bakıya qayıdan digər dördlük albomda ortaya qoyulan bir sıra məqamlarla və ən əsası cərəyanın təməl prinsipləri haqqında müzakirələrdə müxalif rolundan çıxış edərək, qrupdan çıxmaq istədiyini açıqlayır. Felon De Jure, Jamal Ali və ErranT H.O.S.T Alliance`dakı fəaliyyətini başa vurur. Sentyabr-Oktyabr aylarında qrupun fəaliyyətində də yeni mərhələ başlayır. Belə ki, qrup artıq Alliance`lıqdan çıxaraq dörd nəfərlə yoluna davam edir. Elə həmin ərəfədə Dayirman Production`dan təklif gəlir və üzvlər çox düşünməyərək razılıq verir. Dayirman Production`ın ilk işi “Qarada Qırmızı” albomunun yenidən buraxılışını təşkil etmək olur. Albom artıq Azərbaycanın hər bir bölgəsində satılır. 2008-in qış ayları da qrupun tez-tez toplaşıb yeni layihələrə hazırlaşmasıyla yadda qalır.
"Reinkarnasiya"2009cu il albomu...Elə H.O.S.T`un dördlükdə ilk böyük konserti də gecikmir. 2009-un fevralında “Reinkarnasiya” adlı konsert olduqca geniş kütlənin qarşısındakı çıxışla bərabər son illərin ən səs-küylü rap tədbiri olur. Konsertdən sonra qrup hər bir üzvün solo albomunu buraxmaq qərar verir. Dayirman Production bu yöndə işlərə başlayır. 2009-cu ilin əsas layihələrindən biri də Qaraqanın solo albomu olur. Albomun ilk sınqlı “Bir” elə konsertdə səslənən treklər arasında olur. Mart ayına qədər artıq trekləri hazır olan albomun üçün studiya yazılışları aprel-may keçirilir. İyunda isə “Qısa Qapanma” geniş kütləyə təqdim olunur. Özünəməxsus melanxoliya və aqressiyanı cəmləşdirən albomda bir sıra treklər olduqca yüksək əhval ruhiyyədə olur. Psixolorikanın ən bariz nümunəsi kimi dəyərləndirilən albom yazıçı kimi də fəaliyyətdə olan Qaraqanın şahəsərlərini ortaya çıxarır.
"Qısa Qapanma" 2009cu il albomu...Qaraqan əsgərlikdən qayıtdıqdan sonra öz solo albomunun təqdimat xarakterli eyniadlı kansertinə hazırlıqlara başlayır. Və 27 noyabr 2010`cu il tarixində H.O.S.T prodakşnın leyblı altında Qaraqanın solo konserti baş tutur. Bu H.O.S.T`un 2010`cu il tarixində sonuncu konserti olur. Yeni albomlar üzərində çalışan qrup, ölkə turuna çıxmağa hazırlaşır...
"EP v.01"2009cu il albomu...Oktyabr-Noyabr aylarında PRoMete və AiD H.O.S.T`u ikilikdə təmsil etməli olur. Qaraqanın əsgərlikdə, Feck`in Türkiyədə olması onları ləngitmir. Yeni albom üzərində işlər başlanır. Cütlük Mini-Konsert`i təşkil edir. Konsert günü isə ilk EP “EP v.01” təqdim olunur.Bir sıra əvvəlki sinqlları da özündə cəmləşdirən bu EP klassik rap nümunələri ilə zəngin olur və sırf rap albom sayılır. 2010-a bir neçə sinqlla daxil olan H.O.S.T növbəti solo konsertə hazırlaşır. Bir sıra müzakirə və qərarlardan sonra artıq mövcud olan HOST Production ilk tədbirini təşkil edir.
Biz insan deyilik"2010cu il albomu...Qaraqanın solo konsertindən sonra HOST production növbəti uğurlu layihəyə imza atır.Qaraqanın solo konsertinin keçirildiyi həmin məkanda Aidin möhtəşəm solo konserti 13 fevral tarixində baş tutur.Konsertdə Biz İnsan Deyilik albomundan tracklar və yeni tracklar oxunur,həmçinin Bəlkədə nə vaxtsa trackinə çəkilən klip konsertdəkilərə təqdim olunur.Konsertdə Qaraqan,Promete,Ayka,Timon,Dəyirman qonaqlar arasında olur.
"14" 2011ci il albomu...no sun today: 14 fevral "14" adlı albomun işıq üzü görməlidir. biraz albom haqqında məlumat verərdin, Mete. niyə məhs 14? PRoMete: 14 - ən düşərli rəqəmimdir. həyatım boyu məni izləmiş rəqəmdir. bu albomnan bağlı bir çox əziyyətlərdən keçmişəm, misal üçün, fikirlər dəyişilib, üslub dəyişilib və s. və fikirləşdim ki, albomun adını nə qoyum ki, ürəyimcə və düşərli olsun? və fikirləşdim ki, ən sadə yolnan getmək lazımdı və bu qədər çətinləşdirməyə dəyməz, ona görə adını 14 qoydum. və simvolikanı davam eləmək üçün 14 parça yazdım, albomu 14 fevral tarixində buraxıram. əslində, 2 ay bundan əvvəl çıxmalı idi albom, amma bu cür alındı və albom fevralın 14-dü işıq üzü görəcək. yanı heç bir şey yoxdu bu rəqəm ilə bağlı - əvvəl satanist idilər, indi biraz yumuşaldılmış forması deist oldular (gülür). belə bir şey yoxdur. no sun today: albomun yaranmasına səni nələr ilhamlandırdı? yazılış prosesi zamanı nədən ilham alırdın? musiqi, kitablar, filmlər - bir söz ilə albom boyu kimin və yaxud nəyin təsiri hiss edə biləcəyik? PRoMete: ümumiyyətlə, albomda elə parçalar var ki, onları 2007-ci ildə yazmışam, amma indi albomda yerləşdirmişəm. 2 parça var ki, onlar əslində 4 parça olmalı idilər. ilhamlanmaq isə.. albom H.O.S.T-un əvvəlki albomlarından fərqli olaraq hava, od, su və torpaqdan yox, yalnız hava və sudan ibarətdir. ancaq lirik mövzular, daha romantik və biraz pessimist mövzulardan ibarətdir. bu dəfə ağır beatlər və ağır tənqid yoxdur. sırf daxili aləmə aid bir albomdur. albomun 70 faizi sevgi üzərində qurulub və mənə elə gəlir ki, albomun 14 fevral işıq üzü görməsi məqsədə uyğundur (gülümsəyir). curt: albom üzərində kimlər iş görüb? yazılış, dizayn, piar vəs. PRoMete: mixing və mastering: Vusal Beat Pro, MC Murad, PRoMete. music producers: Vusal Beat Pro, MC Murad, PRoMete, Ceyhun Zeynalov, İnseyn, Sləntayz, Palast Orkestr. studio records: Buta Film, SMart Production, Banner Records, PRoSound Records, Vusal Beat Pro. executive producers: Vuqar (Abdulrahmanov) hosted və az-ya. executive producer: PRoMete. photography: Javidan Axundov, Vusal Nazimoğlu, Orxan Məmməd, Təhminə Əhmədova, Fərhad Əli. və beatlərin yazılmasında Vusal Beat Pro, MC Murad, Jin, öz beatlərim və bir necə dünyada məhşur olan insanların instrumentaldan istifadə eləmişəm, daha sonra Phil Collinsin "Another Day in Paradise" adlı mahnısının remake`i var (palast orkestr). yanı çox maraqlı bir komanda işləyib albomun üzərində: skitlərdən tutmuş, vokallara kimi çox qəribə və fərqli adamlar işləyiblər. qəribə deyəndə, demirəm ki, kimnənsə Zimbabvedə mesajlaşırdım və tanıdım =). sadəcə bizi ilhamlandıran və bizə dəstəy olan insanların səslərini eşitmək olacaq albomda.no sun today: şəxsi fikrincə albom necə alınıb, Mete? dinləyicilərə hansı hissləri bəxş edəcək? PRoMete: ancaq müsbət hisslər bəxş edəcək, biraz daha düşündürəcək dinləyiciləri. albomnan bağlı neqativ fikirlərimdə var, amma mənə elə gəlir ki, əvvəlki albomlardan pis alınmıyacaq. hər dəfə bir pillə qabağı gedirik. bəzən dinləyiciləri hesablıyırıq, fikirləşirik ki, belə yazsaq dinləyici nə deyər vəs., amma bu albomda bir sətir belə yoxdu ki, onu yazanda bu haqda fikirləşim. sırf özüm üçün yazmışam sanki albomu. ona görə yüksək qiymətləndirirəm. Azərbaycan üçün pis deyil. yenədə Azərbaycan çərçivələri ilə fikirləşməyə məcbur oldum. curt: "14"-dün H.O.S.T-un əvvəlki albomlardan hansı fərqi olacaq? PRoMete: ən böyük fərqi məncə "14"dün mənim solo albomunun olmasıdır. aktiv qrup üzvlərinin hamsının solo albomu var idi, mənim isə yox. məncə əsas fərq bunda olacaq. no sun today: alboma daxil olan parçalardan hansına klip çəkiləcək? həmin mahnı və klip ilə dinləyicilərə hansı mesajı çatdırmaq istəyirsən? PRoMete: "Aciz İnsan"a çəkilib, daha sonra, hmm.. əksəriyyətinə çəkiləcək kliplər. indi gözləyin, uşaqlar.. planlaşdırılır "Utopiya"ya, "Sən Qanadsan", "2012"ə artıq çəkilib klip, ayın 14-ü isə onun təqdimatı olacaq və albomdan ikinci single kimi işıq üzü görəcək, "Oyan"ın materialları çəkilib və artıq montajdadır, "Uçan Oğlan", "Adsız Mahnı"nın ssenarisi hazırdı və aktyor heyyətidə dəqiqləşdirilib. hətta klipi kimin çəkəyəcəyinidə müəyyən etmişik. "Sual" barəsində isə mənim hələdə suallarım var =). "14"dün ssenarisi Qaraqan tərəfindən yazılıb və ola bilər ki, çəkiləcək klip. dediyim kimi, əksəriyyət mahnılara, hardasa 70 faizinə klip çəkiləcək. no sun today: albomun yazılışı boyu ən çox dinlədiyin mahnıların adını çəkərdin, zəhmət olmasa. PRoMete: alternativ musiqiyə daha çox qulaq asırdım və daima Eminemi izləyirdim. Lili Allen. daha sonra, Zagar və Underground Divas, sonra Zaz`a qulaq asırdım. bunlara son bir ay ərzində qulaq asırdım yanı, albomun səs uzlaşma işləri gedən zaman. belə.no sun today: ayın 13-cü AiDin "BiD" adlı konserti baş tutacaq. konsert ilə bağlı fikirlərin ilə paylaşardın. PRoMete: böyük hissəsi canlı keçəcək və məncə müsbət enerji ala biləcəyimiz ən güclü konsert olacaq. çox böyük enerji gözləyirik. no sun today: albomdan bir iki parça olacaq? PRoMete: yox, amma fikirləşirəm ki, eksklüziv olaraq albomun bəzi hissəsini orda satışa yerləşdirmək olar. bilmirəm hələ çapı çatdırdıq ya yox. düşünmürəm ki, albomdan nəsə oxudum. albom üçün ayrıca apreldə və yaxud mayda konsert planlaşdırıram. no sun today: H.O.S.T-un konsertinə gələn insanların adi rep kütləsindən hansı fərqi var? PRoMete: əksəriyyətinin hostçu olmağının. kimsə isə keyfiyyətli musiqiyə qulaq asmaq istəyir, kimsə ağıllı sözlərə, amma əksər hallarda birinci tipli insanlar daha çox gəlir. no sun today: bu günə kimi H.O.S.T-un 3 solo albomu işıq üzü görüb. dördlük albomu nə vaxta planlaşdırırsız? PRoMete: böyük ehtimal ilə 2011-in sentyabrına və yaxud oktyabrına planlaşdırmışıq. no sun today: gələcək planlar haqqında danışardın biraz, Mete. həm H.O.S.T-un, həm şəxsi. PRoMete: 14 dirənmə tarixidir və başqa heçnə yoxdu hələki mənim üçün, qoy fevralın 14-dü keçsin, albomu təqdim edim, "Ali və Nino"da satışa çıxardım və daha sonra bir-iki günlük yatmaq istəyirəm (gülür). daha sonra gələcək planlar haqqında fikirləşəcəm =).no sun today: ətrafda olan söz-söhbətlərə, şayələrə, qiybətlərə, uydurmalara, disslərə vəs. nə demək istəyirsən? PRoMete: ekologiyanı çirkləndirmiyin, biz təmiz hava istəyirik.. adam kişi olar! (gülür). no sun today: H.O.S.T-un ancaq rep qrup olmadığı ilə barədə çoxlu açıqlama verilib. Azərbaycanda ilk alternativ cərəyanın yaradıcılarından biri kimi ölkənin gənclərinə nə sözün var? PRoMete: biznes baxımından yox, sırf cərəyan baxımından deyə bilərəm ki, bu dəqiqə biraz yorğun, biraz halsızlıq, biraz gücsüzlük var, amma əgər siz doğrudanda mənim sizə nə demək istədiyimi bilmək istəyirsizsə, "14"dü alıb, qulaq asın =). no sun today: blog heyyətinə ürək sözlərin! =) PRoMete: yaxşıdı, çox xoşuma gəlir blog. bir yerdə yaşadığımız bütün uşaqlar və ətrafda olan insanlar oxuyur, məncə bu çox yaxşı bir şeydir. davam eləmək lazımdır, heçnəyə fikir verməyərək. misal üçün, oxuyarkən hərv səhfləri və sairə görürəm (gülür), amma buna fikir verməyin - hər şey əladı. davam eləmək lazımdı.. =)
əlavələr  
 

HOST-da ən çox kimləri bəyənirsiniz?
QARAQAN
AID
PROMETE
FECK
JAMAL ALI
DƏRVİŞ
ERRANT
FELON DE JURE

(Sonucu göster)


 
H.O.S.T -un idealogiyası  
  Sənə öyrədilən hər şeyi unut.
Sən qum dənəciyi qədər kiçiksən.
Sən həyatın boyu ölümü düşünmədən yaşayırsan.
Ölüm gələndə isə deyirsən “Mən ki heç yaşamadım”.
100 il sonra isə sənə görə heç kəs ağlamayacaq.



Sənə danışılan heç nəyə inanma.
Sənin beynini uşaq nağılları ilə doldurdular.
Səni inandırdılar ki, bir gün
Simurq quşu gələcək və bizi qaranlıq dünyadan xilas edəcək.
Sən heç vaxt xoşbəxt olmayacaqsan.
Çünki, gözəl pəncərə təkcə şüşənin təmizliyindən yox, həm də mənzərədən asılıdır.



Bizim arzularımız yoxdu. Bizim hədəflərimiz var.
Biz Tarixin sınma nöqtəsiyik.
Biz qorxularımızı ümidlərimizin yanında basdırdıq.
Bizim üçün dəyərli heç nə yoxdur.
Biz uça bilməyəcəyimizi dərk etmiş körpələrik.



Sənə inanan hər kəsi aldat.
Səni tərifləyən hər kəsi söy.
Bizi öldürməyən bizi gücləndirir.
Bizim gücümüz zəifliyimizi anlamağımızdadır.
Biz nə qəhrəmanlarıq, nə də ki ədalət döyüşçüləri.
Bizim döyüşümüz özümüzə qarşıdır!
 
H.O.S.T is not SATANİST !  
  H.O.S.T yaranandan deyirlərki satanistdilər.HOST satanist olsa idi
"Sidretil müntəha" trackini niyə oxuyardı Qaraqan?Bunlar sadəcə
olaraq bizi sevməyənlərin bizə qarşı mənasız fikirləridi.Satanizmin
işarəsi ilə HOST-un işarəsi eyni deyildir.Aid demişkən "məntiq
dibdədi dibdəki görünəcək".Amma sizi də qınamaq olmurda
bizi sevməyənlər əsl mübarizə görməyib axı.Bizi sevməyənlərə son
söz " MƏN H.O.S.T SƏN KÖLƏ" !
 
HOST divarına dəstək ol !  
 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol