menyu  
  baş səhifə
  H.O.S.T səsvermə
  H.O.S.T-un yaranması
  H.O.S.T lyircs
  H.O.S.T albomları (arxiv)
  H.O.S.T mp3
  H.O.S.T foto
  H.O.S.T video
  Qaraqan-ın həyatı
  ProMete-nin həyatı
  Jamal ali-nin həyatı
  online
  CHAT
  MP3 mahnılar
  videolar
  proqramlar
  RYDER
  azəri reperlərin həyatı və yaradıcığı
  RAP-in yaranma tarixi
  BAGIO
  ADMİNLƏ ƏLAQƏ
HosT-BakU.Tk
H.O.S.T-un yaranması

8 nəfərlə fəaliyyətə başlayan bu "Alliance"-ın birləşmə forması belədir: Baku Clan (Jamal_Ali, Feck, Felon De Jure, ErranT, Qaraqan və Dərviş), AiD və PRoMete.Baku Clan Türkiyədə təhsil alan 4 gənc tərəfindən yaradılıb.Bunlar: Jamal_Ali, Felon De Jure, ErranT və Feckdir. Ankarada ilk track olan Baku Clan trackı yazılır.Daha sonralar klana Qaraqan və Dərviş də qoşulur.Birgə ilk iş - Sənsiz (Love Story)trackı yazılır.Yazılış prosesi PRoMetenin çalışdığı studiyada olur. 2006-ci il yay aylarının axırlarında Qaraqan və Felon De Jure Meni qaytar adlı track yazır və bununla Baku Clan fəaliyyətə bir qədər ara verir. 2007-ci ilin əvvəlində AiD və PRoMete də daxil olmaqla "Alliance" qurmaq fikri yaranır və tək fikir olaraq qalmır, yazılışa hazırlıqlar başlanır. H.O.S.T Alliance adı altında albomun yazılışına start verilir.18 fevralda ilk track olan Həyatım əllərimdə trackı hazır olur. 29 iyun 2007-ci il tarixində ilk albomun işləri bitir. Albom satışa çıxarılmır.2000-ə yaxın nüsxə ilə əldən-ələ paylanır.Internet saytlarında da albom çox böyük rəqəmlərlə yüklənilir və maraqla qarşılanır. Albom Proloq adlanır və 17 kompozisiyadan ibarət olur: 1. Intro 2. Qaraqan, Felon De Jure, ErranT, Jamal_Ali & PRoMete - H.O.S.T 3. Qaraqan & Felon De Jure - Məni qaytar 4. Qaraqan, Jamal_Ali, ErranT & PRoMete - Həyatım əllərimdə 5. Felon De Jure, ErranT & Qaraqan - How we rapin 6. Qaraqan, PRoMete & Jamal_Ali - İstəmirəm 7. Qaraqan, ErranT & Felon De Jure - Xronika 8. Qaraqan & ErranT - Yenə tək 9. Felon De Jure & Skit - Bakı 10. Feck, AiD & vokal Ayka - Gəl gedək 11. Qaraqan, Felon De Jure & ErranT - Propoganda 12. Qaraqan, Dervis & AiD - Ölmüş ümüdlər 13. Qaraqan, PRoMete & AiD - Yorğun 14. Qaraqan - Mənim qaranlığım 15. Qaraqan - Proza 16. AiD & Jamal_Ali, Qaraqan Necə 17. Outro Ilin sonunda 9 dekabr 2007-ci il tarixində ilk konsert baş tutur.Konsert Yuğ teatrında keçirilir.Birinci albom uğurla qarşılandıqdan sonra artıq ikinci albomun işləri başlayır.Bu ərəfələrdə Alliance-nin üzvlərindən olan Dərviş şəxsi səbəblərə göre Allianceni tərk edir.10 may 2008-ci il tarixində artıq ikinci albomları tam hazır olur və ilk əvvəl albom HOST-dan HOST-çuya ekskluziv adıyla xüsusi tiraj şəklində təqdim edilir. 29 may 20008-ci tarixində isə artıq kütləvi satışa buraxılır və bu albom da Proloq kimi çox uğurla qarşılanır. Albom Qarada Qırmızı adlanır və 18 kompozisiyadan ibarət olur: 1. Qaraqan - Prelud 2. Qaraqan - Esmiralda 3. Qaraqan - Mənim mübarizəm 4. PRoMete - Mən dəyişəcəm 5. Qaraqan & PRoMete Buza dönəcəm 6. AiD, Dervis, Qaraqan & PRoMete - Ağlama 7. Qaraqan, AiD & PRoMete - Düşüncə 8. AiD, Qaraqan & PRoMete - Azərbaycan 9. PRoMete & ErranT, Qaraqan - Əlvida 10. Qaraqan - Etiraf otağı 11. AiD & Qaraqan - Nağıl 12. Qaraqan - Maraqsız mahnı 13. Qaraqan, PRoMete & AiD - Qarada qırmızı 14. Qaraqan - Sidretul munteha 15. Qaraqan vokal Ayka Sevgi yoxdur 16. Qaraqan Sms-lər dünyanı xilas edəcək 17. Qaraqan & AiD Azad HOST-çular 18 Qaraqan & AiD Bezmişəm 2008-ci ildə HOST-dan Jamal_Ali, Felon De Jure, ErranT və Dərviş ayrılır. Səbəb kimi ideoloji ayrılıqlar gösterilir. Ancaq bəzi internet səhifələrində 2-ci albomun satışından sonra arada maddi qalmaqalın olduğu yazılır. Bu ərəfəde Alliance üzvlərindən olan Qaraqan A adlı kitabi yazıb tamamlayır. Kitabın yazılmasında məqsəd insanları düzgün yola çəkmək, gəncləri axmaq işlərdən yayındırmaq, dünyanın necə bir yer olduğunu başa salmaq və ən əsas da HOST ideologiyasi-nın yaranması olur. HOST ideologiyasi hər ideologiyadan götürülmüş ən yaxşı cəhətlərdən təşkil olunub.Kitab Azərbaycan Yazıçılar Birliyi-nin katibi Rəşad Məcidin ön sözüylə 05 may 2008-ci il tarixində satışa buraxılır və çox böyük maraqla oxunulur. Kitab gözlənildiyindən qat-qat artıq satılır. HOST mətbuat və televiziya tərəfindən də çox böyük maraqla qarşılanıb.Artıq bir neçə dəfə qəzetdə HOST-la bağlı məqalələr çıxıb.Radiolarda, TV-lərdə qonaq olublar.Ən çox internet dəstəyi də məhs HOST-a məxsusdur. H.O.S.T sözü Hava Od Su Torpaq sözlərinin baş hərflərindən təşgil olunmuşdur. Alliance sözü isə hər hansı klan qrup və üzvün birləşməsindən yaranan ən böyük birləşmədi. H.O.S.T Alliance-nin tərkibində Baku Klan və 2 üzv AiD və PRoMete var. H - Qədim Şumer mixi yazılarında xoşbəxtlik və bədbəxtlik rəmzi... O - Ağ pentaqramma, satanizmin əksi, xeyir qüvvələr.Bu medalyon mənfi enerjidən və qara qüvvələrdən qoruyur... S - Dolların əksi, anti-pop, culture, tərki-dünyalıq, israf və etikaya qarşı, dünya qaydalarına əks olmaq... T - Qılınc, mübarizə Hava - Romantizm, Od - Aqressiya, Su - Lirika, Torpaq - Realizm. HOST sözünün digər mənaları: HOST - Sahib (ingilis) HOST - Allah ordusu, ilahi qüvvə (omonim) HOST - Lider, aparıcı, şoumen (U.S.A) HOST - Xəstəlik, virus (tibb) HOST - Zülmət HOST - Qalaktika...
əlavələr  
 

HOST-da ən çox kimləri bəyənirsiniz?
QARAQAN
AID
PROMETE
FECK
JAMAL ALI
DƏRVİŞ
ERRANT
FELON DE JURE

(Sonucu göster)


 
H.O.S.T -un idealogiyası  
  Sənə öyrədilən hər şeyi unut.
Sən qum dənəciyi qədər kiçiksən.
Sən həyatın boyu ölümü düşünmədən yaşayırsan.
Ölüm gələndə isə deyirsən “Mən ki heç yaşamadım”.
100 il sonra isə sənə görə heç kəs ağlamayacaq.



Sənə danışılan heç nəyə inanma.
Sənin beynini uşaq nağılları ilə doldurdular.
Səni inandırdılar ki, bir gün
Simurq quşu gələcək və bizi qaranlıq dünyadan xilas edəcək.
Sən heç vaxt xoşbəxt olmayacaqsan.
Çünki, gözəl pəncərə təkcə şüşənin təmizliyindən yox, həm də mənzərədən asılıdır.



Bizim arzularımız yoxdu. Bizim hədəflərimiz var.
Biz Tarixin sınma nöqtəsiyik.
Biz qorxularımızı ümidlərimizin yanında basdırdıq.
Bizim üçün dəyərli heç nə yoxdur.
Biz uça bilməyəcəyimizi dərk etmiş körpələrik.



Sənə inanan hər kəsi aldat.
Səni tərifləyən hər kəsi söy.
Bizi öldürməyən bizi gücləndirir.
Bizim gücümüz zəifliyimizi anlamağımızdadır.
Biz nə qəhrəmanlarıq, nə də ki ədalət döyüşçüləri.
Bizim döyüşümüz özümüzə qarşıdır!
 
H.O.S.T is not SATANİST !  
  H.O.S.T yaranandan deyirlərki satanistdilər.HOST satanist olsa idi
"Sidretil müntəha" trackini niyə oxuyardı Qaraqan?Bunlar sadəcə
olaraq bizi sevməyənlərin bizə qarşı mənasız fikirləridi.Satanizmin
işarəsi ilə HOST-un işarəsi eyni deyildir.Aid demişkən "məntiq
dibdədi dibdəki görünəcək".Amma sizi də qınamaq olmurda
bizi sevməyənlər əsl mübarizə görməyib axı.Bizi sevməyənlərə son
söz " MƏN H.O.S.T SƏN KÖLƏ" !
 
HOST divarına dəstək ol !  
 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol