menyu  
  baş səhifə
  H.O.S.T səsvermə
  H.O.S.T-un yaranması
  H.O.S.T lyircs
  H.O.S.T albomları (arxiv)
  H.O.S.T mp3
  H.O.S.T foto
  H.O.S.T video
  Qaraqan-ın həyatı
  ProMete-nin həyatı
  Jamal ali-nin həyatı
  online
  CHAT
  MP3 mahnılar
  videolar
  proqramlar
  RYDER
  azəri reperlərin həyatı və yaradıcığı
  RAP-in yaranma tarixi
  BAGIO
  ADMİNLƏ ƏLAQƏ
HosT-BakU.Tk
baş səhifə

   


HOST Hava Od Su Torpaq *** H.O.S.T Alliance - “Alliance” 8 hərf 8 üzv, 8 - sonsuzluğun simvolu H.O.S.T - 4 hərf, 4 nəfər 4 - ünsür. Hava Od Su Torpaq Aid Qaraqan Mete Feck. "A" kitabı çıxdı, HOST Alliance`lıqdan çıxdı - A hərfi Alliance`ı apardı. *** Oxuduqları mövzular Qaranlıq, zülmət. HOST`un başqa bir mənası - Zülmət. Din, İslam. A - hərfi, Allah sözü.. HOST`un mənalarından biri - Allah ordusu. Cəmiyyətə qarşı, üsyan. HOST`un başqa bir mənası - latın dilindən dövlət düşməni. H.O.S.T başqa bir dünya yaratmaq istəyir. Kainatda artıq HOST adlı qalaktika (başqa bir dünya) var. H.O.S.T qısa müddətdə yolxucu xəstəlik kimi yayılmağa başladı. Tibb aləmində “HOST” virus deməkdir. *** Məlum olduğu kimi İnternetdə ən məşhur söz “HOST”du. Eləcə də AzNet-də (Azərbaycan İnternet Aləmi) AzRap`in ən populyar ismi H.O.S.T`du. *** “A” kitabının müəllifi Qaraqan. Qaraqan adındakı saitlər - AAA. Altıyüz Altmış Altı (666) - Dünyada Altı milyard Altıyüzmindən Artıq adam var."A" kitabının səhifəsi - 232. 232x3=696 (biri tərs olmaqla üç Altı). *** H.O.S.T`un ikinci albomu - “QaradaQırmızı”. Albomun adında üç “A” hərfi. Və üç “I” hərfi. Dünyada ən çox söz “A” hərfi ilədi. Ən az isə “I” hərfi ilə. *** H.O.S.T`un işarəsi - pentaqram. Pentaqrama diqqətlə baxsaz, içində 5 “A” hərfi taparsız. *** HavaOdSuTorpaq → 14 hərf. 14 → 1+4=5 → Pentaqram *** HavaOdSuTorpaq → 14 hərf QaraqanAidFeckPRoMete → 21 hərf 21-ci əsr → Tarixin sınma nöqtəsi 21+14=35 “Proloq” → 17 trek “QaradaQırmızı” → 18 trek 17+18=35 35 → 3+5=8 8 → sonsuzluğun simvolu. 35 7 ( müqəddəs rəqəm) = 5 5 → Beşguşə → Pentaqram 666 → 6+6+6=18 “QaradaQırımızı”dakı treklərin sayı. “QaradaQırımızı” repi - albomda sayca 13-cü trekdi. 13 (nəs, şər) + 5 (pentaqram, xeyir) = 18. *** H.O.S.T`un yaranma tarixi: 13 fevral 2007. *** 4 ünsür (Hava, Od, Su, Torpaq) 5-ci ünsür = H.O.S.T *** Allah = 5 hərif. İblis = 5 hərif. Quran = 5 hərif. İncil = 5 hərif. Günah = 5 hərif. Savab = 5 hərif. Mələk = 5 hərf *** “5 fərqli barmaq amma yumruq 1” 5 fərqli güşə → 1 pentaqram. *** H.O.S.T`un geyimi : kapüşon. Uzaqdan baxanda “A” hərfini xatırladır. *** Bunlar sadəcə üzdə olanlardı... Siz hələ bir “A” kitabıyla, mahnıların sözlərinə diqqətlə baxın... müəllifər: RADICAL & BAGIO

QARAQANDAN "HOSTDAN ZƏHLƏM GEDIR" adli hekayə...Səni səhər yuxudan saatın zəngi oyatdı - Yatmaq istəsən də əsəbləşmədən paltarlarını geyindin. Avtobusla dərsə gedəndə sürücü siqaret çəkirdi - tüstüdən boğulsan da bir kəlmə belə demədən sakitcə öz dayanacağını gözlədin. Avtobusun maqnitofonunda xəbərlər verilişi gedirdi, ermənilər iki Azərbaycan əsgərini güllələyib, Londonda terror aktı olub, Bakıda narkoman 8 yaşlı qızı zorlayıb - bunlara da sən bir fikir bildirmədin, bir qulağından alıb o biri qulağından buraxdın. Elə bil bu cür də olmalıdır. Dayanacaqda düşəndə yekə qarın kişilər səni altlarında əzərək növbəni pozdular - bunlara da əsəbləşmədin. Sən çox səbrli və humanist insan olduğunu sübut elədin özünə. Universitet yolunda gözəl bir qıza üç qızıl diş, əyri ağız oğlan söz atır, az qalırdılar qızı ağlatsınlar - sən onların yanından düz keçdin, yenə heç nə demədin. Dərsə girməmiş qapıçı səni bir saat sorğu sual elədi, tələbə biletində heç özünə oxşamadığını dedi, sən bilirdin ki, sadəcə səninlə məzələnir və vaxtı uzadır - amma onun üzünə güldün. Dərsə girəndə artıq rüşvətxor, başıboş müəllim dərsə başlamışdı, səni görən kimi atanı babanı söyüb, ağzından gələni sənə dedi - sən ondan üzr istədin. Sevdiyin qızın yanında oturdun, amma o səndən küsmüşdü, onun gecə saat 4-dəki smsinə cavab yazmadığın üçün səni bir həftə süründürəcəkdi - sən ona onu nə qədər çox sevdiyini və böyük qələt elədiyini dedin. Dərs qurtaranda tez işə getdin, iş yerində maaşını bir həftə gecikdirdilər - amma müdirdən qorxduğundan dovşan kimi başını kompyuterin altına saldın, heç nə demədin. Evdə atan içib ananı söyürdü, sonra sənin otağına gəlib evə niyə pul vermədiyini dedi - sən isə ona "ata sənsən sən verməlisən" demək əvəzinə "maaşı gecikdirdilər" dedin. Axşam saat doqquza kimi feysbukda gic-gic adamların gic-gic statuslarını oxudun və yazdığın 10 qızdan yalnız biri sənə cavab verdi "rədd ol". - amma sən ona da cavab vermədin. Ona da pis heç nə demədin. Elə bu an birdən internetdə HOST-un yeni mahnısı çıxdı. İnsanlar mahnını bəyəndiklərini yazır və mahnını yükləyirdilər. Və həmin dəqiqə sən ilk dəfə olaraq, bu gün ərzində ilk dəfə olaraq nəyəsə cavab verdin. Barmaqlarını hərflərə basaraq yazdın "ZƏHLƏM GEDİR HOSTDAN, ZİBİLDİ HAMISI, NİFRƏT EDİRƏM ONLARA! HOSTDAN ZƏHLƏM GEDİR, NƏ TAPMISIZ ONLARDA?!" İndi sənə bir sual verim: Yəni bu boyda dünyada gördüyün ədalətsizliklər, pis adamlar, düşmənlər, narkomanlar, əxlaqsızlar, kobud insanlar, pis müəllimlər və yalançı dostlar, tərs valideynlər və terror aktları, cinayətlər, rüşvət, haqsızlıq, müharibələr. - bu qədər pisliklər olan bir zamanda sən təhqir etməyə ancaq HOST-u layiq bildin?bildin?Qaraqandan müsahibə  
  


          HOST qrupunun üzvü, yazıçı Qaraqanla müsahibəni yeni açdıqları kafedə aldıq. Kafe açmaq ideyası hardan ağlınıza gəldi? - Azərbaycanda kafelər iki yerə bölünür: dönərxanalar və qlamurxanalar. Biz incəsənət adamlarının, yaradıcı gənclərin toplaşa biləcəyi bir yer açmaq qərarına gəldik. Bu cür insanların xoşuna gələ biləcəyi bir yer yaratmaq istədik. Dizayndan da görsənir ki, bura fərqli yerdir. - Yaradıcı adamlar gəlirmi? Gözləntiləriniz özünü doğrultdumu? - Biz gözləyirdik ki, 14-15 yaşlı uşaqlar daha çox gələcək bura. Elə olmadı. Amma hələ ki, pis deyil. - Bir dəfə müsahibə verərkən iş yerini gizlətmişdin. Səbəb göstərmişdin ki, qızlar toplaşacaq ora. İndi də belədir? - Dünyada bütün məşhur adamların pərəstişkarları olur. Məşhurların konsertinə gedirlər, kitablarını alıb oxuyurlar. Amma bizdə bir az fərqlidir. Bizdə bütün oğlan fanatlar yaxın dost olmaq istəyirlər. Qız fanatlar isə evlənmək istəyirlər. Bütün Azərbaycan cəmiyyəti belədir. Bir qızla oğlan kafedə oturubsa, küçədə gəzirsə, mütləq sevgili olmalıdırlar, ya evlənməlidirlər, ya da mütləq seksual əlaqələri olmalıdır. Ortada bir yer yoxdur. - Bəs normal dostluq münasibət qurduğun fanatların varmı? - Bəziləri var ki, onlarla söhbətim tutur, fikirlərimiz üst-üstə düşür. Dünyada iki cür insan var: səhnədəki insan və onu alqışlayan insan. - Oxucuların çoxdur, ya dinləyicilərin? - Yəqin ki, oxucularım dinləyicilərimdən azdır. Ümumiyyətlə, bütün ölkədə dinləyicilərin sayı oxuculardan çoxdur. - Oxucularının arasında dinləyicilərin sayı üstünlük təşkil edirmi? - Belə fikir var ki, romanlarımın məşhurluğu mənim reper olmağımdan irəli gəlir. Əlbəttə, bunun rolu var. Amma görünür, mənim yazıçı kimi fikirlərim də oxucular üçün maraqlı idi. Son zamanlar bədii ədəbiyyatda ən çox satılan kitablardan biri mənim olub. - Kitablardan pul qazana bilirsinizmi? - Qazanıram. - Birinci romanın olan “A”-dan nə qədər gəlir götürdünüz? - 30 min manat. - Seymur Baycanı tanıyırsınızmı? - Bir-iki yazısını oxumuşam, bir-iki dəfə də həyatda görmüşəm. - O yazmışdı ki, Qaraqanın “Cip”inin təkərləri məndən böyükdür. - Mənim maşınım var. Amma sürüb özümü göstərmirəm. Bu dördtəkərli, bir nöqtədən başqa birisinə getmək üçün istifadə etdiyim dəmir parçasıdır. - Həmin gənc yazarlar həm də yazırdılar ki, Qaraqanın yazdıqları qeyri-ciddidir. Özəlliklə siz MKM-də qalib olan zaman tənqidlərin sayı çox idi. Hətta sizi plagiatda da günahlandırırdılar. - Ciddi ədəbiyyat anlayışı mənə çatmır. - Qeyri-ciddi ədəbiyyatı Üzeyir Mehdizadənin musiqi sənətindəki yeri ilə müqayisə etmək olar. - İntellektual çəkidən söhbət gedirsə, nəzərə alın ki, mən “A” romanını 19 yaşımda yazmışam. Sözsüz ki, orda intellektual çəki azdır. Amma ciddi, qeyri-ciddi sözlərin qəbul etmirəm. Ədəbiyyat hər kəsə lazımdır. Bunu oturub öz dilimdə yazsam, onda kimə lazımdır bu? Ciddi yazmaq çox asandır. Otur, öz fikirlərini özün başa düşdüyün kimi yaz. 10 nəfər dərinliyi tutacaq. Bəs bu yazıq xalq üçün kim yazacaq? - Amma ciddi yazmaq üçün çox oxumaq da lazımdır. Birinci kitabda intellektual səviyyənin aşağı olduğunu etiraf etdiniz. Bəs bu keçən müddətdə bu səviyyəni qədər artırmısınız? - Söhbət intellektuallıqdan gedirsə, məncə, hər şey qaydasındadır, çox yaxşıdır və yerindədir. Oturub hər şey haqqında saatlarla, günlərlə danışa bilərik. “Şeytanın kitabı” romanı çıxmadı. Ondan xəbəri olanlar bilir ki, orda hansı intellektual səviyyə var. - Niyə görə çıxmadı? - Elə siz dediyiniz intellektual səviyyəyə görə. Çıxsaydı, bizimkilər başa düşməyəcəkdi. - Azərbaycanda yazmışdınız? - Bəli. - Bəs problem nədə oldu? - Problem cəmiyyətin yemə qabiliyyətində oldu. - Çıxarmamağı kimlər məsləhət gördü? - Yazıçı dostlarım məsləhət gördü. Rəşad Məcid də məsləhət bilmədi çap etməyi. Son qərarımız bu oldu ki, kitab şəklində buraxmayaq bu romanı. - O romanda ağır olan nə idi? - (fikirləşir) Yəqin intellektual dozası çox idi. Bir dozada nikotin insana ziyan verə bilirsə, onu ata versən, ölə bilər. Bu, intellektual səviyyəsi az olan ölkələrin insanları üçün deyildi. Orta Asiya ölkələrinin səviyyəsi üçün deyildi. - “İstəmirəm” adlı mahnınız vardı. Ona qulaq asanda, şəxsən mən başa düşə bilmirdim, siz əslində nə istəyirsiniz. Ordan belə bir şey anlaşılırdı ki, Avropanın yaxşılarını götürək, pislərini ataq. - Bu, çox gülməli sözdür. İndi qloballaşma gedir. Avropa gəlirsə, özüylə hər şeyi gətirəcək. İnkişaf gəlirsə, özüylə əxlaqsızlıq da gətirərək, cinayətlər də artacaq. Bu, dünyanın bir sistemidir. Menyu deyil ki, istədiyini seçəsən. Statistikaya görə 6 milyard insanın 3 milyardı əkinçiliklə məşğuldur. Yəni bəşəriyyətin indi güclü intellektual səviyyəsi yoxdur. Onun da çoxu pop musiqisinə qulaq asır. Avropa filmləri Hollivudun bir həftəyə çəkilmiş ucuz filmlərini keçməyəcək. Bu, insanlığın ümumi intellektual səviyyəsini göstərir. - Sizin ədəbiyyatınız, yaratdığınız musiqi qloballığa qarşıdır? - Qloballığa qarşı deyil. Biz qloballaşmanı qarşısıalınmaz bir şey hesab edirik. - Bəs Avropa dəyərlərinə qarşıdırmı? - Xeyr. Buna da qarşı deyil. Bizim etirazımız hər şeyə qarşı idi. Bizdə nihilizm var idi, anarxiya var idi. Əsas məqsədimiz beyinlərdə müəyyən çərçivələri qırmaq idi. O çərçivələr qırılandan sonra insan dünyaya bir az başqa cür baxmağa başlayır. - Çərçivələri qıra bildinizmi? - Müəyyən qədər qırdıq. “HOST”un indi 20 minlik kütləsi varsa, o kütlə ayda bir kitab oxuyursa, demək onları bir az dəyişdirə bilmişik. Biz bir çevrədəyik, insanlardan xəbərimiz yoxdur. Gedək bir saat Bakıdan kənarda bir yerdə dayanaq, onda görəcəyik ki, hansı ölkədə yaşayırıq. Görəcəyik ki, onların səviyyəsi hansı yerdədir. İntellektuallar üçün Kafka yazıb. Amma xalq üçün yazmaq lazımdır. Mənəvi cəhətdən acından ölənlərə qida vermək lazımdır. “Host”u bir “Qızıl aypara” kimi qəbul etmək lazımdır. - Müasirlərimizdən kimlərin kitablarını oxumusunuz? - Qismətin, Nərmin Kamalın şeirlərini, Aqşin Yeniseyin, Seymur Baycanın, Qan Turalının yazılarını, Həmid Herisçinin “Nekroloq” romanını oxumuşam. - Onlardan nəsə öyrəndiniz? - Əlbəttə, öyrənmişəm. - Dünya ədəbiyyatından kimləri oxumusunuz? Sizə kimlər təsir edib? - Mifologiyalardan başlamışam. Dostoyevskini, Kafkanı, Paulo Koelyonu bəyənirəm. Zuskindin “Ətriyyatçı”sından daha çox “Zomer” əsərini bəyənirəm. İndi elmi fantaziyaya meyilli olmuşam. Elmi-fantastika alternativ elmi düşüncənin olduğu yerdir. Bir də dini əsərləri sevirəm. “İncil”dən tutmuş hamısını. - Dinə münasibətiniz necədir? - İmanlı adamam. Məni bu həyatdan daha çox o biri dünya maraqlandırır. O biri dünya varmıdır, yoxmudur. Bunları həmişə araşdırıram. - Olduğu kimi qəbul etmirsiniz dini, araşdırırsınız? - Yox. Din alleqoriyalardan ibarətdir. - Bir az da musiqi yaradıcılığınızdan danışaq. Repə gəlişiniz necə oldu? - Uşaq vaxtından dinləyirdim. Mənə çox maraqlı idi reperlərin həyatı. Məndə də alınırdı rep demək. Eminemin həyatı Britni Spirsin həyatından daha maraqlı idi. Bu gün Facebook-da da səhifəsi ən çox bəyənilən şəxsdir Eminem. - Bəs bizimkilərdən kimləri dinləmisiniz? - Əksəriyyətini dinləmişəm. Xoseni, Anar Nağılbazı, Dəyirmanı. - Qrup necə yarandı? - Əvvəllər şeir formasında yazırdım. Sonra studiya imkanı oldu. Və qrup yarandıqdan sonra birdən-birə məşhurlaşdıq. “HOST” bir dalğa kimi gəldi. Hər kəs bizə qulaq asırdı. İndi yenidən ələnib dinləyicilər. Ancaq bizi başa düşənlər qulaq asır. - Bütün divarlarda “HOST”, sizin şüarlar yazılırdı. “HOST” yazılmış köynəklər geyinirdi yeniyetmələr. Necə hisslər idi bunlar? - Bir oğlan kimi qızların çoxluğu başımı gicəlləndirdi. Bir gündə səninlə 20 qız yatmaq istəyir. Fikirləşirdim ki, görəsən neyləməliyəm? Bəlkə ancaq modellərlə gəzməliyəm? Bəlkə seks simvol olum? İlk hisslər bunlar idi. - Elə hamısı ilə yatdın? - (gülür) Gərək həmin an insanın başı gicəllənməsin. Sonrası pis ola bilər. Sonrası narkotikdir, içkidir. O bataqlığa düşmədim mən. - Sizi məşhurluqda ən çox cəlb edən qızlar idi? - Biz, əslində, buna görə gəlməmişdik. O yaşın romantikası var idi. İstəyirdik, dünyanı dəyişdirək. Amma gördüm ki, onlar bizimlə dost olmaq, yatmaq, şəkil çəkdirmək istəyirlər. Tam başqa istəklər əmələ gəlir. Yəni reallıqla toqquşduq. Özümüzü qorumağı bacardıq. Şou-biznesə qatılmadıq. Televiziyalardan, qlamur partilərdən qaçırdıq. - Neçə albomunuz çıxıb? - 8 albom. - Nə qədər satılıb təqribən? - Bilmirəm. Daha çox pirat disklər satılır. - Onda albom qazanc gətirmir da? - Gətirir. Amma az. Əsas konsertlərdir. - Son zamanlar bir “Üzeyir sindromu” yaşanır Azərbaycanda. Bir qrup adam –onlar çoxluqdadır- onu dinləyir, digər qrup tamamilə inkar edir, üçüncülər isə qulaq asmasa da, “istəyən qulaq asar, istəyən yox”, - deyir. Üzeyiri bir misal kimi göstərdim. Bu tipli musiqiyə və onlara qulaq asanlara münasibətin necədir? - Üzeyir pis işlə məşğul olmur. Adam öldürmür. Mahnı yazır, oxuyur. Bu, dünyaya pis bir şey vermir. Aqressiv düşüncələr deyil. Onun bir dinləyici kütləsi var. Dinləyib bundan zövq alırlar. Özü də qarşılıqlı şəkildə həzz alırlar. Onların bir-birindən həzz alması niyə mənə ziyan olmalıdır? Mən niyə bundan pis olmalıyam? Bu da rahatdır, o da. Hər ikisi orqazma çatır. Mən buna pis deyə bilmərəm.


..::HOSTun üzvü olan QARAQANdan yeni müsahibə::..Gənc yazıçı, Milli Kitab mükafatının ilk qalibi Qaraqanın müsahibəsi: Sizi tanınmış adam hesab etmək olar. Amma tanımayanlar üçün Qaraqan kimdir? Özünüzü necə təqdim edərdiniz? Sadəcə Azərbaycan vətəndaşı. Sizdə repə maraq hardan yarandı? Məsələn, siz estrada janrında da oxuya bilərdiniz,niyə məhz rep? Rep özü qaradərili amerikan vətəndaşlarının öz vətəndaşlıq hüquqlarını tələb etdiyi bir dövrdə kütləvi şəkil almış bir musiqi növüdür. Və bu musiqi növünün əsas məğzi, əsas məqsədi düz sözü insanlara çatdırmaq və həqiqəti söyləmək olub. Yəqin ki, repə məni cəlb edən də onun musiqidən çox sözə yaradıcılığna aid bir sənət olmasıdır. Düzdü bu bizim yaşlı nəslin nümayəndələrinə qeyri ciddi bir iş kimi görünə bilər. Amma o vaxtlar Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadələr Molla Nəsrəddini nəşr edəndə onların da yaşlı nəsilləri barmaq ilə oları göstərib gülürdülər. Jurnal qəzet çıxarmağı Avropadan gəlmiş pis vərdiş kimi qiymətləndirirdilər. Elə indi də rep Azərbaycanda eyni problemi yaşayır. Yəni ki, eyni sözü kitabda yazsan olacaq ciddi ədəbiyyat, mikrofonla desən olacaq qeyri ciddi rep. Amma ki, sözün mahiyyəti eyni olaraq qalır. Sizin mahnılarda bir etiraz, üsyan var. Nəyə etiraz edirsiniz? Etiraz üsyan hər bir gəncin içində var. Yəni bunu həyati silkllərə, mərhələlərə böləndə belə 18- 21 yaş hr bir insanın üsyan etmə dövrü kimi qiymətləndirilir. Və hər bir gənc özünü dərk etmə və inkişafda bu mərhələdən keçməlidir. Bu belə desək evolusiyanın, inkişafın bir işartısıdı. Yəni, söhbət konkret bir üsyan və ya tənqiddən getmir, söhbət bütöv bir sosiumun köhnə mərhələdən yeni mərhələyə keçidinə təkan deməkdir. Məncə HOST olaraq biz sadəcə Azərbaycan gəncinin beynindəki musiqi çərçivələrini genişləndirdik. Musiqidəki mövzularda ciddiliyi artıra bildik. Bilmirəm nə dərəcədə rep ilə maraqlanırsız, amma Azərbaycan repində HOSTdan sonra fəlsəfi və ciddi mövzular daha çox istifadə olunmağa başladı. Bəlkə bu kiçik bir iş kimi görünə bilər. Amma 13-14 yaşlı uşaqları təsəvvür edin. Gördükləri yalnız çal-çağır və savadsız müəllimlər. Mən rusdilli kütləni demirəm. Rusdilli kütlənin həmişə öz intellektual biliyini artırmaq üçün istifadə etdiyi bədii filmlər, dərgilər və kitablar olub. Amma məhz müstəqilliydən sonrakı Azərbaycanda gənclərin inkişafı üçün o qədər də çox işlər görülə bilməyib. Və qəribə bir sindromla rastlaşırıq. Azərbaycan gənclərində “Dayazlıq” sindromu. Bizim əslində mübarizəmiz, üsyanımız və etirazımız da məhz dayaz beyinlərə, düşüncələrə qarşı olub. Repdəki uğuru ədəbiyyatda da təkrarladınız. Roman yazmaq ideyası hardan gəldi? Sözün düzü yazılarım uşaqlıqdan var. Yəni lap on il əvvəl də nə isə bir cızma qara edirdim. Nə isə yazmağı sevirdim. Ümumiyyətlə ziyalı ailədə anadan olmuşam və uşaqlıqdan kitabların qoxusu ilə böyümüşəm. Yəqin ki, ilk olaraq yazdıqlarıma görə valideynlərimə borcluyam ki, hərdən topu, oyuncaqları əlimdən alıb mənə kitab verirdilər. Elə yazmaq arzusu da ordan gəmişdi. Oxuduqca öyrənirsən, öyrəndikcə bildiklərini palaşmaq istəyirsən. Mən də belə deyim, roman yazmaq yox, sadəcə paylaşmaq arzusu ilə başladım. Milli Kitab Mükafatını qazanmağınız deyəsən özünüz üçün də gözlənilməz oldu… Mən o vaxt hərbi xidmətdə idim və ümumiyyətlə sözün açığı müsabiqələrə və yarışlara birmənalı yanaşmamışam. Həmişə mənə elə gəlirdi ki, burda hansısa tanışlıq, qohumbazlıq, pul əsas amil olur. Amma birdən deyəndə ki, birinci yeri tutmusan əslində inana bilmədim. Və sadəcə sevindim ki, doğrudan da deməli hələ hər şey itirilməyib. Əslində bu mükafatı hansısa dahi bir sənətkar da ala bilərdi. Amma mənim bu mükafatı almağım məncə mənim kimi yüzlərlə gənci ilk dəfə olaraq qələmini götürüb yazmağa həvəsləndirdi. Yadıma gəlir, hələ lap əvvəllər belə müsabiqələrdən, nə bilim mükafatlardan gənc yazıçılar arasında söhbət düşəndə, uşaqlar gülə-gülə deyirdilər ki, əşşi kimdi ee bizə mükafat verən ən azı 50 yaşımız olmalıdı. Hər zaman mahnılarda cəmiyyətdəki mənfi hallara qarşı çıxırsınız, ona görə də bu suala siz səmimi cavab verə bilərsiniz: Milli Kitab Mükafatının çatışmayan cəhətləri hansılardır? Hər halda sizin də bəyənmədiyniz nüanslar olmamış deyil. Vallah, yalandan nə deyim, mən o vaxt dediyim kimi əsgərlikdə idim. Heç xəbərim olmayıb kitab necə seçilib, kimlər seçib. Bircə onu bilirəm ki, deyəsən kitabları oxuyanların bir-birilərinin verdiyi baldan xəbərləri olmayıb. Nəsə bu cür şeylər, müsabiqə, seçki, münsiflər, sənəd-sünəd işləri həmişə mənim üçün qaranlıq qalıb. Sadəcə elə şeylərə çox diqqət eləyəndə ürəyim sıxılır elə Yazıçılarla olan iclaslarda da hamı başlayanda uzun uzun danışmağa darıxıb özümə hansısa bir oyun fikirləşirəm. Ya içəridə olan oturacaqları sayıram, ya pəncərədən bayıra baxıram. Müsabiqədə çatışmayan cəhət nəyi deyim vallah. Əvvəl Milli Kitab Müsabiqəsi yox idi, indi var. Burda pis nə ola bilər ki? Məncə daha yaxşı eləmək olar gələcəkdə. Amma bu da zamanla olan şeydi. İlk Oskar müsabiqəsi də indikilərdən çox zəif idi. Amma təzəcə nəsə bir yenilik cücərəndə bizim millət çalışır onun belini qırsın. Amma onun əlindən tutmaq lazımdı. Ədəbiyyatdakı uğurunuz sizə qarşı tənqidi fikirlərin də meydana gəlməsinə səbəb oldu. Əsərinizi zəif hesab edənlər, mükafata layiq olmadığını iddia edənlər də oldu. Siz nə düşünürsünz, bu fikirləri eşidəndə? Bu fikirləri bir gəncin uğuruna qısqanclıq kimi qəbul edirsiniz, yoxsa həqiqətən tənqidlərlə razılaşırsınız? Ümumiyyətlə, özümə qarşı olan neqativləri sevməyən adamam. Tənqid yox, məhz neqativ enerji. Yəni əgər kiminsə sözündən mən pis olacamsa onu niyə dinləyim prinsipi ilə. Düzdü ölkəmizdə söz azadlığı var və hər kəsin istədiyi sözü demək hüququ. Amma eləcə də konstitutsiyada olmasa da hər kəsin “qulaq” azadlığı da var. Yəni istədiyi şeyi eşitmək və ya istəmədiyi şeyi eşitməmək hüququ. Mən də əsgərlikdən gəlib görəndə ki, hamı düşüb üstümə tənqid eləyir başımı götürüb getdim Avropaya. Kiyevdə oldum, ordan Odessaya, ordan Krima, sonra bir az aşağı, İstanbula düşdüm, gəzdim özümçün. 23 yaşım var, vaxtımı neqativ fikirləri oxumağa niyə sərf eləyim ki? Bəyəm dünyanın ən yaxşı yazıçısı olmaq istəyirəm ki, tənqidlərə qulaq asıb özümü düzəldim? Yox, öz oxucum mənə bəsdi. Kim də bəyənmirsə, özləri bilər mən belə şeylərə pis baxmıram. Hər dəfə kimsə gələndə ki, bax sənə aid tənqid yazıblar oxu- oxumuram. Tənqiddən qorxmuram sadəcə xoşuma gəmir. Qorxsaydım oxuyardım ki, tez cavab verim canım qurtarsın. Siz necə fikirləşirsiniz: doğrudanmı hansısa gənc maraqlı bir bədii əsər yazsa onun həqiqətən maraqlı olmasını etiraf etmək üçün müəllifin nə vaxt qocalacağını gözləmək lazımdır? Nə bilim vallah, bizdə bir az yaş sindromu qalmaqdadı. Bizim millətdə bu xüsusiyyət var. Amma onun da ömrü beş il ya on il olacaq. Dünya çox sürətlə inkişaf eləyir və qloballaşır. Bir azdan bizdə də bu məsələlələr həll olunacaq. Hansısa partiyalara bağlı olan və ildə bir neçə kitab buraxanlar bu qədər hədəfə alınmır,amma tənqidçiləriniz sizi nəsə unutmaq istəmirlər, nədən irəli gəlir bu? Yəqin görürlər ki, məndən bir səs çıxmır onlar da tənqid eləyir də. Belə baxanda burda nə pis şey var ki? Onlar tənqid eləyir – onlara yaxşıdı Mən tənqidləri oxumuram- mənə də yaxşıdı Camaatın başı qarışır – camaata da yaxşıdı. Kitab reklam olunur- kitaba da yaxşıdı Hansısa qəzetlərin, saytların reytinqi artır- onlara da yaxşıdı. Əgər hamıya yaxşıdısa niyə tənqid olmasın ki? Azərbaycanın müstəqillik dövr ədəbiyyatında iz qoymuş hansı yazıçı və ya şairin, oxucu sevgisi qazana bilmiş hansı maraqlı əsərin adını çəkə bilərsiniz? Düzünü desəm bizim ədəbiyyatı o qədər də çox oxumuram. Amma ən son kitablardan oxuduqlarım var. Xoşuma gələn şeylər də var. Ümumiyyətlə artıq üç ildi demək olar ki, bədii ədəbiyyatdan elmi ədəbiyyata keçmişəm. Elmi əsərləri oxumağı çox sevirəm. Sənədli filmlərə baxıram. Elə bil hiss edirəm ki, beynimin daha çox informasiyaya ehtiyyacı var. Ya özümü dərk etmək üçün, ya yaradılışı dərk etmək üçün. Bilmirəm.. Amma Mayya ritualları, illuminatlar, Teslanın təcrübələri, Genetika kimi sahələr mənə qəmli sevgi romanından daha çox maraqlı gəlir. Sizcə Yazıçılar Birliyi edə biləcəklərini edə bilirmi? Bu qurumun sədri kimi özünüzü təsəvür edə bilərsinizmi? Yazıçılar Birliyinin цzvüyəm və ayda bir dəfə də olsa ora baş çəkirəm. Orda gənc yazıçı və şairlər var, içlərində dostum olanlar da var. Otururuq danışırıq, nəsə bir şey öyrənirik. Yazıçıya nə lazımdı ki, əsas həvəsdi. Yəni biz metal emalı zavodu tikmirik ki, Yazıçılar Birliyi qaldırıcı kranlar gətirsin, nə bilim böyük sponsorlar tapsın, BP ilə danışsın, Obamaya zəng eləsin ki, hər şey qaydasındadı hamısı yazır. Məncə yazmaq üçün bir qələm lazımdı bir də dəftər ikisi bir yerdə elədi 1 Azn. Yəni yaxşı əsər yazmaq üçün güclü bir dəstəyə ehtiyac yoxdu. Yaxşı əsər yazandan sonra da ehtiyac yoxdu ki, Yazıçılar Birliyi yazıçıya dayəlik eləsin, nə bilim ailəsini saxlasın onun, pencək alsın, papaq tikdirsin. Yaxşı əsər yazan elə öz əsərini satmaqla ona lazım olan hər şeyi qazana bilər. Mənim əsərlərim yaxşı satılır və gələcək əsərlər üçün lazım olan həvəsi də elə alıcılarımın dəstəyindən qazanıram. Burda qeyri adi heç nə yoxdu, sadəcə dəyər mübadiləsi baş verir. Mən onlara “dəyərli söz” satıram, onlar da pul verib mənə “dəyərli zaman” qazandırırlar. “Dəyərli Zaman” deyəndə mən pulu nəzərdə tuturam. Yəni kitablardan qazandığım pul mənə imkan yaradır ki, 8 saat hansısa bankda işləyib vaxtımı ona itirməyim. Oxucuların pulu ilə mən əlavə işə ehtiyyac duymuram, əlavə iş də məndən vaxtımı almır. Həmin boş vaxtı da mən yeni yazacağım əsərə sərf edirəm. Çünki əsər yazmaq elə asan iş deyil, aylarla baş sındırırsan. Ümumiyyətlə yazıçıların hansısa qurumlarda birləşməsi zəruridirmi? Deyə bilmərəm, bircə onu bilirəm ki, bizdə əsas çatışmayan qurum və ya mənim xəbərim olmadığım qurum bu kitabların mağazalara ötürülməsini təmin edən qurumdu. Yəqin bu işə nəşriyyat baxmalıdı. Ümumiyyətlə Azərbaycandakı kitab dükanları və kitab satılan nöqtələrin siyahisi toplanmalı və onlara kitabların ötürülməsi bir mərkəzdən və ya bir neçə azad rəqabətdə olan qurum tərəfindən göndərilməsi təmin olunmalıdı. Yəni, gənc yazıçıların qarşılaşdığı əsas problem kitabların mağazalara ötürülmə poblemidi. Yazıçı kitabları belinə alıb qapı-qapı mağazalara rayonlara getməməlidi ki? Bunu hanısa bir qurum edə bilər, öz faizini istəməklə. Bununla kitab biznesi də vergiyə düzgün oturar. Yoxsa açığına qalsa indi kim nə bilir ki, mən nə qədər kitab satmışam və vergidən yayınmışammı? Bunu necə müəyyənləşdirə bilərlər? Heç cür. Çünki buna nəzarət eləyən bir qurum olmalıdı. Sizin mahnıları gənclər çox sevirlər. Bəs romanınızı ən çox sevən kimlərdir? Həmçinin sizi dinləyənlər kitabınızı da sevərək oxuyurlarmı? Oxucularla dinləyicilər bəzən eyni də olur, bəzən də elə adamlar olur ki, birini bəyənir o birini bəyənmir. Yəni insanlar müxtəlifdi, zövqlər müxtəlifdi. Elə də olur, belə də olur. Amma danmıram ki, repdəki “A” romanı olub və sonradan onlarda kitaba, elmə maraq oyanıb. Eləcə də ikinci romanım “Bir milyon dollarım olsaydı” da 2009-cu il nəşr olundu və elə “A” qədər də satılır. Camaat oxuyur da nə deyim. Bu il də Milli Kitab Mükafatına iddialısınızmı? Bilmirəm sözün düzü. Hərdən səmimi deyim içimdə elə fikir yaranır ki, ikinci romanımı ora versəm münsiflər görsə ki, bu mənim romanımdı, bəlkə sadəcə keçən ilki tənqidlərə görə mənə yaxşı qiymət verməyə cəsarət etməzlər. Sonra da baxıram ki, axı münsiflərdə elə adamlar yığışmayıb ki, boş tənqidlərə fikir verə. Başqa bir tərəfdən fikirləşəndə keçən dəfə birinci yer tutmuşam, bu dəfə iştirak eləyib 5-ci yer tutmağım mənə də sərf eləmir. Deyəcəklər ki, zəifləyib. Amma iştirak eləməsəm də deyəcəklər ki, qorxdu iştirak eləmədi. Ona görə bu vəziyyət mənə Məşədi İbadın papaq taxmaq səhnəsini xatırladır. “Belə qoysam, elə biləcək Bakı qoçusuyam, elə qoysam elə biləcək Şamaxı lotusu. Elə ən yaxşısı keçəl gedim”(gülür) Hazırda hansısa yeni roman üzərində işləyirsiniz. O nə barədə olacaq? “Bir milyon dollarım olsaydı” romanı müsabiqədə iştirak etməyib, onu təqdim edə bilərəm əslində. Çox adam deyib ki, ikinci romanda dilim və təxliyyəm güclənib, nə yalan deyim özüm də hiss etmişəm ki, ikinci romanda daha çox inkişaf var. Təsirlilik olmasa da, dərinlik daha çoxdu. Amma bundan başqa bu son ayda yeni bir roman bitirdim. Onu rusca yazmışam. Nə üçün rusca yazdığım bilirəm ki, mübahisə doğura bilər. Sadəcə bəzi hisslər və fikirlərim var ki, onları rusca daha yaxşı ifadə edə bilirəm. Məncə burda pis bir şey yoxdu. Dillər insan üçün yaradılmış alətlərdi. Hamısından da istifadə eləmək hüququmuz var. Allah bizi dil üçün yaratmayıb ki, dili bizim üçün yaradıb da. Yeni romanın mövzusu bir az qəlizdi. Burda bir çox qərəzli məqamlara toxunmuşam və sözün düzü Azərbaycan oxucusu üçün bir az yeni və bir az vaxtından tez gəlmiş mövzu olacaq. Camaatın reaksiyası bir az qorxudur məni. Amma bir şeydə əminəm ki, yazdığım bu roman indi Azərbaycan gənclərinə çox lazımdı. Oxucularınıza Yeni il qabağı nə sözünüz var? Nə deyim. Hər halda yazıçı və repçi olduğum üçün yəqin ki, Yeni illə bağlı da “Düz Söz” deməliyəm: “Şaxta Baba zad yoxdu- sizi aldadırlar!”(gülür)


..::HOSTun keçmiş üzvü olan DƏRVİŞdən hekayə::.. Bakıya bu gün yağış yağıb. Hər şey həmişə olduğu kimi idi. Yağışın damcıları pəncərədə görünürdü, bu mənzərəni hər zaman sevmişəm. Yerimdən qalxıb dərhal eyvana qaçdım. Saat 5:00 olardı. Prospektin görünüşü: Qara asfalt yağışdan biraz da tündləşmişdi. Sarı işıqlar isə təkcə küçəyə yox həm də duyğularıma işıq salırdı. İçimnən hamını və hər şeyi sevmək keçirdi. Bakıya bu gün yağış yağıb. Yarpaqlar üzərində kiçik gölməçələr sərçələr üçün böyük bir hədiyyə idi. Sərçələr heç vaxt Vətəni tərk etmir, Təbiət də onları bu cür xırda gözəlliklərlə sevindirir. Dərindən nəfəs aldım. Sanki ilk dəfə nəfəs alırdım. Çətinlikləri görmüş hüceyrələrim məhv olur, sevgi oduyla alışanları isə yenicə doğulurdu. Əynimə qalın bir şey atıb gəzməyə çıxdım. Bu küçənin doğmalığını hər addımda hiss edirdim. Yol boş olsa da, ürəyim doluydu və hər addımı atdıqca sanki sənə yaxınlaşırdım, nə qədər uzaqda olduğunu dərk etsəm də… Uzaqdan eyvanımıza baxdım, qaranlıq idi, hamı yatırdı. Küçədən keçənlər isə mənə fikir vermirdilər. Hər halda ya sərxoş idilər ya da fikirli. Mən də fikirliydim, daim səni düşünürdüm. Biraz keçdikdən sonra isə bir qəribəlik fikrimi səndən ayırdı. Bakıya yağış yağırdı. Amma damcılar nədənsə mənə toxunmurdu, həyəcanlandım və biraz qorxdum. Yerdəki gölməçədə əksimi görməyəndə isə nə hiss etdiyimi belə anlamadım. Hər şey mənə bir səsdən sonra aydın oldu: “BÖLÜK QALXXX !” Ehh… Bu yuxu imiş… Axşam xəbərlərdə eşitmişdim ki, “Bakıya bu gün yağış yağıb”. Özüm bacarmasam da, ruhum Bakının yağışına olan sevgisinə sadiq qaldı. Səhər isə ruhum mənə pıçıldadı: “Bakıda artıq yarpaqlar saralmağa başlayıb, yaşıllaşanda sən də evdə olacaqsan… müəllif : BAGIO

 
Qarşıdan konsert gəlir, özünüzü necə hiss edirsiniz? Doğrudan çox həyəcanlı. Daha doğrusu məsuliyyətli. Çünki bu tip konsert hələ Azərbaycanda olmayıb ona görə bunun Hostçular və dinləyicilər tərəfindən necə qarşılanacağından çox qorxuram. Yenə üstümüzə satanist, dərviş nə bilim cadugar kimi adlar atacaqlar. (gülür) Nə kimi yeniliklər olacaq bu konsertdə? Ümumiyyətlə keçmiş konsertlərimizdən çox fərqlənəcək, çünki ilk dəfə olaraq Opera və Balet teatrında rep musiqisi və professional aktyorlar birləşəcək. Yəni bu nə musiqi olacaq, nə tamaşa nə şeir.. Buna müzkl adını vermək daha uyğun oldu. Muzikl dedikdə nəyi nəzərdə tutursunuz? Müzkl dünyada çox yayılmış janrdı amma azərbaycanda bu janra rast gəlməmişəm. Bu musiqi və süjetin sintezindən əmələ gəlir. Yəni ki, gəlib konsertə ancaq mahnılara qulaq asmırsan, həm də nə isə bir ibrət götürürsən, nə isə bir yeni şey öyrənirsən konsertin əvvəlindən sonuna kimi hansasa bir hadisə baş verir. Məncə bu Azərbaycan tamaşaçısı üçün maraqlı olar. Həm də Klassik janrın, Opera və balet teatrı ilə küçə musiqisinin birləşməsi maraqlı bir mənzərə yaradacaq. Bu işi tək özünüz edirsiz? Əlbəttə ki, yox. Mən tək heç bu işin yarısını da görə bilməzdim. Ən çox dəstək olan birinci HOST ailəsidi, yəni bu 4 ildə həmişə bizim yanımızda olan dostlarımız, daha sonra Pantomim teatrının aktyorları, Konservatoriyadan musiqiçilər, nə bilim ballerinlər, dövlət xoru, uşaq xoru, mələklər, canlı piano, canlı vilolonçel.. Yəni rep musiqisini ümumiyyətlə repdən çıxardıb tam yeni bir formata qaldırırıq. Bu konsert üzərində haradasa 100 nəfərlik komanda işləyir. İnanıram ki, təsirli bir şey olacaq. Sizin kütlə daha çox gənclərdən ibarətdir, bəs niyə opera zalı, niyə klub və ya diskoteka yox? Bu konsert o biri konsertlər kimi deyil. Bu ayaq üstü konsert deyil, bu əyləncə üçün nəzərdə tutulmayıb, çox təsirli bir şey olacaq. Hətta biletlərdə +18 yazmaq lazım idi yəqin ki. Həm də dinləyicilərimizin çoxu gənc olduğuna görə və Azərbaycanda yaşadığımıza görə bilirik ki, gənclərə tək konsertə gəlmək çətindir. Necə yəni, nə mənada? Bunu hər konsertdən sonrakı məktublarda mənə bildirirlər, Onlar gəlmək istəyir amma onları evdən buraxmırlar. Bunu əxlaqsızlıq, tərbiyyəsizlik kimi qəbul edir valideynlər. “Qız uşağı da konsertə gedər?” Qorxurlar ki, qızlarına nəsə olar. Amma Hər səhər qızlarını metro ilə məktəbə göndərəndə heç ağıllarına da gəlmir ki, bəlkə metroda kimsə qızlarına əl vurar ya söz atar. Mənə elə valideynlər çatmır. Ona görə bu konserti Böyük zalda eləyirəm ki, gənclər öz valideynləri ilə də gələ bilsin. Heç bir bəhanələri qalmasın. Orta yaşlı adamlar da bu konsertdən zövq ala biləcək. Min nəfərlik opera zalını doldura biləcəksiniz mi? Sizcə buna hazırsız? Mən hazıram, amma görək camaat hazırdımı? “Bu şəhərdə”, Üzeyr və Pirşağılı Mamed kimi sənətçilər çox böyük zalları doldura bilir. Deməli konsertə gedən camaat var. Amma maraqlıdı ki, bu millətə daha çox nə lazımdı, Klassik musiqi, lirika və Fəlsəfə yoxsa Pirşağılı Mamed. Amma bir şeyi də əlavə edim ki, bütün Bakının elitası bu konsertə gələcək. Yəni ki, ən tanınmış aktyorlar, müğənnilər, yazıçılar, tanıdığımız simaların çoxu həmin gün konsertdədi. Lakin bütün məşhurlar bu dəfə sadəcə dinləyici kimi iştirak edəcəklər. Niyə məhz Mənim qaranlığım? İndiyə kimi HOST'un mövzularında və daha çox mənim yazdığım treklərdə daha çox qaranlıq, minor, qəmli mövzular olub.. Yəni ki, bu insan ruhu ilə bağlı bir şeydi. Çox vaxt soruşurlar ki, niyə əvvəl bir mövzu yazırdın indi başqa, ya əvvəl elə deyirdin indi belə. Sadəcə insanlar anlamamlıdı ki, şeir, incəsənət insanın ruhu və qəlbi ilə bir başa bağlıdı. Əgər həyatımda pis şeylər baş verirsə mən yaxşı bir şey yaza bilmərəm, əgər həyatımda yaxşı bir gün nə isə yazsam yalandan kədərlənə bilmərəm. Yəni ki, yazdıqlarım hər gün dəyişə bilər, axı biz insanıq, robot deyilik ki, 40 il eyni cümləni deyək. Elə insan ona görə ən üstün varlıqdır ki, o səhv etməyi bacarır. Dəyişir və özünü tanıyır. Mənim Qaranlğım da məhz mənim Əvvəlki ruh halım ilə indiki halıma keçidi göstərir. Yəni konsert ümumiyyətlə iki hissədən ibarət olacaq. 15 dəqiqəlik fasilə ilə Mənim Qaranlığım hissəsindən İşıq hissəsinə keçid olacaq. Və İşıq hissəsində tam yeni mahnılarla çıxış edəcəm. Ümumiyyətlə bu muzikl hansı formatda olacaq? Pantomim aktyorları və fəlsəfi mahnılar və YYS şairlər məclisinin haşiyələri ilə olacaq. Konsert iki hissədən ibarətdir. Aralarında 15 dəqiqəlik Fasilədə tamaşaçılar foyeyə dəvət olunacaq və orada furşet təşkil olunacaq. Daha sonra ikinci hissəyə keçid və ikinci hissənin başlaması ilə çox təsirli mahnılar və aktyor oyunları.. Yəni ki, çalışırıq ki, camaatın tüklərini biz-biz edə bilək. Hərdən insanın ruhunun bu cür çətin həzm olunan mənəvi qidaya da ehtiyyacı olur. Konsertlə bağlı əsas yenilik isə konsertə bir həftə qalmış açıqlanacaq. Məncə dinləyicilərə ən çox elə o maraqlı olacaq. Bəs bu muziklın əsas mənası nədir? Azərbaycan dinləyicisinə yeni hisslər verə bilmək. İl boyu olan konsertlərə baxın. Hamısı elə eyni, bir-birinə oxşayan programlar. Bir-birinə oxşayan Glamur yığıncaqlar, partilər. Mən demirəm ki, onlar olmamalıdır, sadəcə insan hərdən yeni hisslər üçün açıq olmalıdır. Azərbaycan tamaşaçısı yeni mənzərələr görməlidir. Bilmirəm yaxşı olacaq yoxsa pis.. Amma yüz faiz yeni olacaq. müəllif:BAGIO

 
Şeytanın duası Bu mescidin cekdiyi "ah" idi. Axır ki onu yada salan olmusdu. Amma bu sevinc "ah"ı bir an icinde qem feryadına cevrildi. Mescidin qonagı var idi. Amma bu qonagı mescid hec gozlemirdi. Qara uzun libasına burunmus qaranlıqdan secilmeyen bu simada qan rengli iki goz parlayırdı. Bu seytan idi. Gecenin en qaranlıq vaxtı idi. Butun insanlar ve qarısqalar oz yuvalarında yatırdılar. İnsansızlıqdan qapısını toz basmıs mescid kimsesiz kucelerin derin qaranlıgında, ebedi sukutunda tenhalıq yuxusunda idi. Qeribe bir burku var idi. Bu seherin yuxusunda qeribe bir hurku var idi. Bu seher gunduzleri berbezekle bezenen, suslenen, daranan, geceleri ise butun suni bezeklerini cıxarıb yataqlarında uyuyan esl simalarında eybecer olan gozelcelere benzeyirdi. Bu seher cirkin yagısdan sonra qalan golmecelere benzeyirdi. Hec bir canlı bu derin sukutu pozmaga cesaret etmezdi. Amma cesaretli bir kes addım sesleri ile bu sukutu pozdu. Qara libasına burunmus bu yad qaranlıga qarısaraq addımlayırdı. Qara uzun paltarı yer ile surunur, sanki butun zulmeti ozu ile dartıb aparırdı. Yavasca mescidin qapısını acdı. Qapı tuk urpedici bir ses cıxardı. seytan mescidin cirkli xalcasına,reflerdeki toz basmıs Qur?anlara, kohne minbere baxdı. Bu menzere onu dehsete getirdi. Sonuncu defe mescide girende yuzlerle minlerle muselman ona o qeder lenet yagdırmısdı ki, cıxıs yolu tapmayıb ozunu minareden atmıs ve uc gun ozune gele bilmemisdi. İndi ise bos mescide baxır ve yazıgı gelirdi. Dusmenlerine yazıgı gelirdi. Bir az ireliledi, uzunu Qibleye tutdu ve diz cokdu.O ozu de bilmirdi ne edirdi. Amma elacı yox idi. ellerini acdı ve duasına basladı. "Bismillehirrahmenirrahim" "Ey uca ve qudretli Allah, sene dua etmediyim 100000 il oldu. ozun bilirsen senin rızan ucun nece darıxmısam. Kecmis vaxtlar yadıma dusur.Cebrayıl, Mikayıl, İsrafil, ezrayıl yadıma dusur. Sene etdiyim ibadetler yadıma dusur. Men sene her kesden yaxın olmusdum. Men xosbext idim. Sonra sen insanı yaratdın. Ve men gunaha batdım. Boyuk gunaha. Meni oradan qovdun. Mene Cehennemi qismet etdin. Yox,men tovbe etmeye gelmemisem. Sozumuz sozdur. Qiyamet gunune kimi insanları senin yolundan cıxaracagıma soz vermisdim. Sen de mene vaxt verdiyini soz vermisdin. Amma indi her sey basqa curdur. evveller men insanları senin yolundan cıxara bilirdim. İndi ise hec kesi yoldan cıxara bilmirem. Hec kesi pis yola sala bilmirem. cunki insanlar ozleri pis yola gedir. Mene hec ehtiyacları yoxdur. Meni de uzen,kederlendiren ele budur. ozumu cox lazımsız hiss edirem. Hec bir ise yaramayan bir mexluq oldum. Heyatımın menası insanları pis yola cekmek idi. İndi ise heyatımın menası itib. Yalvarıram uca Allah menim bir duamı qebul et. Yalvarıram dunyaya yaxsı insanlar getir. Men de onları yoldan cıxarmaga calısım. Bos durmayım. Bos durmaqdan ureyim partlayır. Yalvarıram dunyaya yaxsı insan getir." Qara libaslı bu yad duasını bitirib, goz yaslarını silib yavas-yavas addımlayıb mescidden cıxdı. Qara libası yer ile surunerek qaranlıga qarısdı ve qara libaslı yad zulmetde yox oldu...QARAQAN... müəllif:BAGIO

 
 ProMete-nin X ve Y hekayesi... Diqqetle oxuyun... ...axşam X Y-dan istədiyini ala bilmədi. ona görə səhər yuxudan acıqlı oyandı. səhər Y X-ə yaxınlaşdı, amma X Y-i çox pis cavabla geri qaytardı. beləliklə, Y X-dən istədiyini ala bilmədi... günorta X bütün olanları bir kənara qoyub, Y-ə olan sevgisinin əsas olduğu düşüncəsiylə ona istədiyini vermək fikrinə düşdü. amma bu dəfə X-in səhərki hərəkətinin təsirində olan Y onun verdiyini almadı. beləliklə axşam düşdü və Y özünə qapanmaqda davam etdiyindən bu dəfə də X-in istədiyini ona vermədi. axşam X Y-dən istədiyini ala bilmədi. ona görə səhər yuxudan acıqlı oyandı... qəribəsi budur ki, bu tənliyi hansı hissədən yazmağa başlasaydım eyni dövri proses alınacaqdı. və daha da qəribəsi budur ki, X+Y=SEVGİ-dir. daha daha qəribəsi budur ki X və Y-dən hansının yerinə qız hansının yerinə oğlan qoysaq heç nə dəyişməyəcək. Necə deyərlər, TOPLANANLARIN YERİN DƏYİŞDİKDƏ, CƏM DƏYİŞMİR! müəllif:RADICAL

 
AiD - Qəribə Hekayə / məqalə... Yenidən doğulmax istəyirəm. Qoy desinlər nankordu, həyatınnan narazıçılıx edir. Gecə-gündüz qan qusmaq istəyirəm. Qoy desinlər deyəsən bu cəmiyyət nəhayət ki onu zəhərləyib. Siqaretə başlamaq istəyirəm, bir gün, bütün günü siqaret çəkəcəm, qoy barmaqlarımın ucu günlərim kimi qara olsun.Dişlərim saralsın. Üzüm də qocalaraq daxilimlə vəhdət yaratsın. Qoy desinlər axmaqdı həyatını məhv edir. Bir gecə klubuna getmək istəyirəm, ən ağır içkini sifariş edəcəm, onun şüşəsini sındırıb damarlarımı kəsəcəm, sonra da yaramın üstünə o şərabdan töküb çığıracam,bərkdən çığıracam. hamı eşitsin! Hamı bilsin ki əzab çəkirəm. Hamı bilsin ki ölümlə təkbətək vəzyətdəyəm.amma çığırtıma gülüş də qatacam.hahahaaa...ürəkdən güləcəəm. Qoy desinlər ki vəhşidi, irgəncdi.sanki həyatını fransız rejissoru çəkib..bütün eybəcər səhnələriylə. Bank yarmax istəyirəm.dəhşətli dərəcədə çoxlu pulum olacax. Səni də çox rahat alacam, sarayım olacax.hər şeyim olacax. Bir gün 10 minlik Çılçırağımnan özümü asmax istəyəcəm.Kəndiri çox nazik seçəcəm ki stulu itələyən kimi qırılsın. Qoy desinlər bədbəxtdi, heç özünü də öldürə bilmir. Qaçmax istəyirəm.hamıdan, əllərimnən qan süzülərək. Hər keçdiyim dükanın şüşəsində çürümüş sifətimi,saralmış dişlərimi, heç bir məna kəsb etməyən gözlərimi görüb, özümə nifrət edərək özümnən də qaçmax istəyirəm..qaçacam da.çox bərk qaçacam.illərlə ayağımda yığılan əzələləri elə həmin qaçış məsafəsində yox edəcəm..hündür bir binaya çıxacam və orda ayaxlarım nəhayət ki çökəcəy..ordan bir daha da qışqıracam..hamının diqqəti məndə olsun. Qoy desinlər son saniyəsində də şöhrətpərəstliyinnən qalmır.. Həyatımı elə o andaca bitirməy istəyirəm..atacam..əvvəlcə, artıx dərimə yapışmış son siqareti atacam, sonra bu zibil olmuş həyatımı.. Yeni bir həyat istəyirəm..Allahdan yeni həyat istəyəcəm..o da verəcək.axı o rəhmlidi və o həyata hər şeyimi itirdikdən sonra başlayacam. Qoy maraqlansınlar, görəsən ona dərs oldu mu? Başqalarının fikrinə tüpürməy istəyirəm, qoy desinlər vicdansızdı! Qəribə bir hekayə yazmax istəyirəm. Qoy desinlər psixdi, hələ də elə bilir bu qələm ona nəsə verəcək... müəllif:RADICAL

     QARAQAN-ın "Baş rolda özüm" adlı klipi rekord vurub !Tanınmış reper və H.O.S.T. qrupunun solisti Qaraqanın yerli telekanallarda qadağa qoyulan "Baş rolda özüm" klipi "YouTube"da rekord vurub. H.O.S.T qrupunun mətbuat xidmətindən verilən məlumata görə, Qaraqanın "İşıq" adlanan son albomundan olan mahnıya çəkilmiş klipdə ağır lirika və psixoloji yüklənmə olduğundan kanallar onu yayımlamaqdan imtina edib. Buna baxmayaraq "Baş rolda özüm" klipi "YouTube"yə yerləşdirildiyi 3 ay müddətində 80 000-dən çox baxış olub. Hələ heç bir Azərbaycan sənətçisi “YouTube”də qısa müddət ərzində belə böyük izləyici ordusunu toplamamışdı. Maraqlıdır ki, klip Qaraqanın "Facebook" sosial şəbəkəsindəki səhifəsində də yerləşdirilib. 45 000 internet istifadəçi bu klipi öz profilinə yerləşdirib. Beləliklə, klip Azərbaycanda "Facebook"a yerləşdirilmiş videoçarxlar arasında ən yüksək statusu qazanıb. Qeyd edək ki, klip fotokamera ilə bir günə çəkilib və elə həmin gün də montaj edilib... müəllif:RADICAL
 
     Naxçıvan milli təhlükəsizlik nazirliyi "HOST ALLİANCE" pərəstişkarlarını ovlayan vaxtları haqqında...Naxçıvan Muxtar Respublikasının xüsusi xidmətləri «HOST ALLİANCE» rep-qrupunun pərəstişkarlarını ovlamağa başlayıb. Belə ki, bazar ertəsi axşam qrup pərəstişkarlarının toplaşdığı yerə iki nəfər yaxınlaşaraq, özlərini MTN-in əməkdaşları kimi təqdim ediblər. Həmin vaxt artıq toplaşmış 15 gəncin hamısını MTN-ə aparıblar və 8 saata yaxın orada saxlayıblar. Gənclərdən bu qrupun mahnılarını dinləməməyi və üzərində onların simvolu olan köynək geyinməməyi tələb ediblər. Xüsusi xidmətlər bunu rep-qrupun musiqisinin «qızışdırıcı xarakterli» olması, simvollarının aydın olmaması və mahnılarının nəyə və kimə xidmət etdiyinin aydın olmaması ilə əsaslandırıblar. Eyni zamanda Naxçıvanda telefonlarında bu qrupun mahnıları yazılmış gənclərin ovu başlayıb. Onları saxlayaraq, mahnıları pozmağa məcbur edirlər. Turanın müxbirinin Naxçıvan Milli Təhlükəsizlik Nazirliyi ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb, belə ki, zənglərə cavab verən olmayıb. Məşhur «HOST ALLİANCE» rep-qrupu ilk diskini 2007-ci ildə buraxıb, lakin disk rəsmi satışa buraxılmayıb. Bu səbəbdən disklər pulsuz yayılıb və gənclər arasında məşhurluq qazanıb. HOST – abbreviaturadır, açıqlaması isə hava, od, su, torpaq deməkdir. Qrupun mahnıları vətəndaş mövqeyi və cəmiyyətdə neqativ halların tənqidi ilə fərqlənir. Bir neçə ay əvvəl Bakıda qrup üzvlərini saxta ittihamla saxlayıblar və «dövlət əleyhinə mahnılar» yazmağa və ifa etməyə son qoymağı tələb ediblər...müəllif: RADICAL

 
   Jamal-Ali ve Promete-nin "1 damla həqiqət" adlı track-i haqqında...H.O.S.T alliance bildiyiniz kimi 13.02.2007-ci ildə yaranmışdır.Deyilənlərə görə "1 damla həqiqət" adlı tracki H.O.S.T oxuyub. Bu track isə 2006-cı ildə oxunulmuşdur.Bu track çıxanda Promete H.O.S.T alliance-yə qoşulmamışdı. O, trackdən sonra H.O.S.T-un keçmiş üzvü olan "Jamal-Ali" haqqında müxtəlif şayələr yaranmışdır. Deyilənlərə görə Jamal-Ali "həbs olunmuş,sürgün edilmiş,Azərbaycana girişi qadağan edilmiş, hətta öldürülmüşdür..." deyə şayələr yaranmışdır.Bu trackdən sonra bütün olanlara baxmayaraq H.O.S.T qrupu inanılmaz trackləri ilə yenidən mentalitetə zərbə vuran tracklər oxumuşdur.Bir müddət sonra H.O.S.T-un üzvü olan "Aid" 2010-cu ildə "Biz Insan Deyilik" adlı albom çıxartmışdır. Albomda 17 track olur.Tracklər arasında Jamal-Alidə oxuyur.Jamal-Ali bu albomda 2 trackdə oxuyur. Onun Aid ilə oxuduğu "Kim inandı" adlı trackdə bildirib ki, boş-boş söhbətlərdi.Onun sağ olduğunu bildirmişdir..Mən "Jamal-Ali"- nin pərəstişkarı olaraq bir neçə yerdən məlumat toplayarkən inanılmaz xəbərlər tapdım və bunları sizinlə paylaşmaq istədim.Məlumatları FACEBOOK-dan tapdım.Facebookda Jamal-Alinin səhifəsində yazılanlar bunlardır: "Jamal Ali 1987ci ildə Bakıda anadan olmuşdur.O doğulandan bir müddət sonra dünyada böyük dəyişikliklər başlamışdır. Berlin Divarı yıxılmış, Soyuq Savaş bitmiş,Sovet Imperiyası çökmüş, Internet ümumi istifadəyə verilmişdir. Cəhrayı eynəklər kağız 3D eynəyi ilə, yeməklər isə mikrodalğa yeməyi ilə əvəzlənmişdir. Pullar plastik kartlara, bayramlar sms təbriklərinə sığacaq qədər kiçilmişdir.Təxmin olunur ki, o hələ olmamişdan bir neçə il əvvəl dünya yenə böyük dəyişiklilər keçirəcəkdir. Hələliksə bu dəyişikliklərə hazır olmaq üçün mahnılar yazır.Subaydır, amma bu faktın aşkarlığı heç kəsə əlavə şans gətirmir."Bundan əlavə olaraq 9 ay bundan əvvəl Jamal-Ali Facebookda öz dostları ilə yazdıqları da vardır...müəllif:RADICAL

MUSİQİ RUHUN QİDASIDIR, EHTİYYATLI OLUN ZƏHƏRLƏNMƏYİN! Son illər Azərbaycanda xalqın musiqi və efir zövqü getdikcə korlanır. Nə vaxtsa efirdə Nəzər nöqtəsi, ən yeni tarix kimi verilişlər indi Toy olsun və Sünnət kəsilsin kimi verilişlərlə əvəz olunub. Hətta vaxtilə Həftə çalçağırı və ATV Maqazinlər də Zülfiyyə Xanbabayeva, Sevda Ələkbərzadə və İlqar Muradov kimi intellektual səviyyəsi olan müğənnilərə yer ayırırdı. O vaxtın ən çox toya yaxın olan Səməd Səmədovun belə intellekti, danışıq qabiliyyəti və musiqi anlayışı var idi. İndi isə Azərbaycan Musiqisi Toy müğənniləri və Meyxanaçılardan ibarətdir. Bunu həqiqət kimi qəbul etməliyik. AZƏRBAYCANDA ROCK YOXDUR! AZƏRBAYCANDA JAZZ YOXDUR! AZƏRBAYCANDA CLUB MUSİQİSİ YOXDUR! AZƏRBAYCANDA OPERA YOXDUR! AZƏRBAYCANDA TEXNO, HOUSE, DANCE YOXDUR! AZƏRBAYCANDA PUNK YOXDUR, METAL YOXDUR! AZƏRBAYCANDA POP BELƏ YOXDUR! AZƏRBAYCANDA RNB YOXDUR! Yuxarıdakı sayılanlar dünya musiqi janrlarıdır. Bunların heç biri Azərbaycanda kütləvi inkişaf eləyə bilməyib. Nə qədər əziyyətlər çəkilsə də bu musiqi ifaçıları Azərbaycan xalqının zövqünə təsir edə bilməyib. Xarici musiqiçiləri dinləsək də daxildə heç bir bu tərzdə oxuyan ulduz parlamayıb. Gəlin baxaq Azərbaycanda nə var? 1. Meyxana 2. Toyxana 3. Estrada musiqisi ( toy musiqisinin başqa bir adı - Sovetin dövründən nə Avropada nə Amerikada estrada musiqisi adlı janrı heç kəs tanımır. Bu köhnə, dəbdən düşmüş və geridə qalmış bir şeydir ) 4. Bənzətmə - toy müğənnilərinin arada oxuduğu bir gün rock bir gün pop bir gün rnb amma sadəcə bənzətmə və "dup tıs dup tıs" (Toydakı diskotekalar) üçün yazdırdıqları mahnı tipləri. Gördüyünüz kimi MEYXANA, TOYXANA, ESTRADA, BƏNZƏTMƏ - bu musiqi növlərinin heç biri dünya ölkələrində yoxdur. Bu cür mədəniyyət və incəsənət ancaq Qırğızlarda, Əfqanlarda, və o tipli xalqlarda müşahidə olunur. Azərbaycanın səviyyəsi çoxdan Avropa səviyyəsi olmalıdır musiqidə! Belə çıxır ki, Sovet dağılandan sonra 20 il ərzində Azərbaycan musiqisində Avropa və Amerikanın güclü və tarixi əsası olan musiqi növləri yayıla bilməyib. RAP və onun xeyiri Azərbaycan müstəqil olandan və Avropaya açılandan sonra RAP musiqisi yeganə musiqi oldu ki, Azərbaycanda həqiqətən də öz yerini tapdı. Bu dəqiqə MEYXANA, TOYXANA, ESTRADA VƏ SÜNİ BƏNZƏTMƏ-lərə qarşı Mədəni İnqilab edən və mübarizə aparan yeganə xarici musiqi növü RAPdir. RAP musiqisi Azərbaycanda: İlk dəfə olaraq qoca kişilərin 3-5 manata yazdığı şeirlərin üstünə bəstəkarların yazdığı musiqidən fərqləndi. İlk dəfə ifaçının ürəyindən gələn sözlər oxundu. RAP musiqisini ifa edənlər öz silikon sinələrinə sponsor axtarmır, və aralarında mavilər çəhrayılar olmur. RAP musiqisi ilk musiqidir ki, televiziyalarda qadağan olunub sevilməsə də, internetdə bütün süni ulduzları darmadağın edir və xalqın sevgisini qazanır. Toylarda oxunmayan və həqiqətən konsert zallarında müasir ölkələrə xas konsertlər verən də Azərbaycan RAPidir. RAP musiqisi Azərbaycanda yeganə musiqidir ki, dayday və saxlayan bığlı kişilərin şotuna yox, öz istedadına görə məhşur olur. Bildiyiniz kimi kanallarda bir dəfə klipin efirə verilməsi 500 azndir, Radiolarda aylıq raskrutka 3000-10000 azn arası dəyişir. Estrada klipinin çəkiliş qiyməti 10 000 azn arası dəyişir. Toy müğənnilərinin bəstəkar musiqisi 1000- 4000 azn arasıdır. Toy müğənnilərinin geyimi və selikonları 4000- 5000 arası dəyişir. Dinlədiyiniz musiqi, musiqi deyil Bazardır! RAP musiqisi insanın daxilində baş verir, onun həyatı boyu keçirdiyi əzab və emosiyalardan doğulur, bir parça kağıza yazılır, musiqini dostlar birlikdə gecə və gündüzünü hiss edərək, həsr edərək yığırlar, bəstələyirlər. Kliplər repçilərə dəstək olan onları sevən adamların köməyi ilə çəkilir. Efirə pul verib xalqa sırımaqdansa REPLƏR internet meydanına atılır və yüz minlərlə mahnının içindən ancaq öz gücünə arxalanaraq seçilir və qalib gəlir. RAP musiqisi toyda salat yemək və yekə piyli qarınları tərpətmək üçün yazılmır, RAPçilər öz sözlərini bir mikrafonla konsert zallarında xalqın üzünə deyir. REPçilər pulu bəyin dayısından gəlinin nənəsindən almır, REPÇİLƏR öz Pərəstişkarlarının keyfiyyətli konsertlərdə sevərək verdikləri pul ilə gələcək işlərə güc qazanırlar. Və əgər xaricdən Azərbaycana baxsalar təkcə Azərbaycan REPİ Azərbaycanın dünyavi musiqisidir. Qalan hamısı savadsız və səviyyəsiz xalqın yaratdığı və yaşatdığı yerli (daha doğrusu yersiz) musiqidir. BAX BUNA GÖRƏ AZƏRBAYCAN KANALLARI VƏ SPONSORLARI, BIĞLI DAYDAYLARI RAPə QARŞI DÖYÜŞÜR. ÇÜNKİ O MANISLARA QARŞI TƏKDİR VƏ ÖZGƏDİR! AZƏRBAYCAN REPİ KANALLARA PUL VERMİR. © QaraQan... müəllif:RADICAL
Qaraqan. Tualetə getməyənlər şəhəri. (Hekayə)- Dedilər ki, o şəhərdə tualet yoxdu. Mənə çox qəribə gəldi. Necə yəni yoxdur? Bir neçə gün bu sual məni narahat etdi. Heç başa düşmürdüm. Onda o şəhərdən gələn bir yolçu ilə rastlaşdım. Hündür çinarın kölgəsində əyləşib danışmağa başladıq. Mən öz sonuncu əsərimdən, o da öz şəhərlərindən. Amma mən “sizdə tualet var?” sualını verəndə o mənə tərs-tərs baxdı. Sonra başını yelləyib dedi: – Sən nə danışırsan? Ağzına nə söz gəldi alırsan. Utanmırsan? Tualet nədir? Bizdə heç kəs tualetə getmir! Sonra o mənə şəhərləri haqda danışdı. Tualetə getməyənlər şəhəri. Biri var idi, biri yox idi, uca dağların başında kiçik bir şəhər var idi. Bu şəhərin sakinləri gülərüz, mehriban və çalışqan adamlar idi. Onlar günlərini tarlada, küçədə, bazarda, ofisdə işləyib gecələrini əllərində qəzetlə divanda yuxuya gedirdilər. Bu şəhərdə hər şey bütün şəhərlərdə olduğu kimi idi. Amma bizim hələ doğulmadığımız bir vaxtda bir nəfər – bazarda işləməyən və gecələr yatmayan saqqallı bir kişi tualetə gedərkən ayağı ilişib ağzı üstə öz nəcisinin içinə yıxıldı. Dahi alimlərin başına düşən alma kimi, onun da ağlına yeni bir fikir gəldi. “Tualetə getmək olmaz!” O bunu əvvəlcə heç kəsə danışmadı. O bilirdi ki, bunu kiməsə desə camaat ona güləcək. Ona görə öz fikirlərini hamıdan gizlətdiyi kiçik kağıza yazmağa başladı. Günlər keçir, onun tualetə olan nifrəti artırdı. O, hər dəfə ayaq yoluna gedəndə nəcisini ölçür və dünyaya nə qədər ziyan vurduğunu hesablayırdı. Hər gün 300 qrama yaxın nəcis. Bu o deməkdir ki, hər bir insan həyatı boyu 4 tondan çox nəcis qoyur. Bu o deməkdir ki, Bethovendən bir neçə simfoniya və 4 ton nəcis qalıb. Eləcə də bütün dahilər və müqəddəslərdən. İllər ötdükcə o, ayaq yoluna daha da çox nifrət eləməyə başladı və fikirlərini camaatın içində dedi. Əvvəlcə ona güldülər, sonra onu söyməyə başladılar. Lakin az-az insanlar onun yanına gəlib onun danışdıqlarını dinlədi. Sonra onlar da camaata dedilər – ayaq yoluna getmək olmaz. Bu heyvanlara aid xüsusiyyətdir. Amma biz insanıq. Biz ən üstün varlığıq. Biz dünyanı zibilləməməliyik. Biz əyilməməliyik. Biz çirklənməməliyik. Biz “üstün irqdən”, “namuslu millətdən”, “müasir insanlardanıq”. Bu fikirləri ilə insanlar arasında hörmət qazanmağa başladılar. Sonra xeyriyyə adı ilə insanlardan ayaq yollarının təmizlənməsinə görə pul yığmağa başladılar. Bu pulu yığandan sonra xalq onlardan üz döndərdi. Dedilər ki, niyə pullarımızı alırsınız. Xalq saqqallı kişini tənqid eləməyə başladı. Amma tualetə qarşı olanlar öz başçıları saqqallı kişini gizlicə öldürəndən sonra o, xalqın qəhrəmanına çevrildi. Hamı onun qəbrinin üstündə şam yandırır, öz aftafasını sındırıb söz verirdilər ki, bir də heç vaxt tualetə getməyəcəklər. Saqqallının tərəfdarları isə şəhərin mərkəzindəki ayaq yollarını yandırıb dağıtmağa başladılar. Bütün şəhəri iy basdı. Ayaq yolları sınandan sonra ağacların dibi, bostanlar, bulaqlar iy verməyə başladı. Bunu görən şah xalqın nə istədiyini vəzirindən soruşdu. Onda vəzir hər şeyi ona danışdı. Şah onların qarşısını almaq üçün dəmirdən aftafalar, poladdan ayaq yolları düzəltdirdi ki, heç kəs sındıra bilməsin. Ayaq yoluna getmək istəməyən kütlə, bunu öz qeyrətli, namuslu, mömin, müasir, elmli, üstün, ədalətli millətlərinə haqsızlıq kimi qəbul etdi. Ondan sonra şahı tənqin edən şüarlarla ayaq yoluna getməkdə bütün günahın şahda olduğunu qışqırmağa başladılar. “Şah bizi qəfəsdə saxlayır. Biz ayaq yoluna getmək istəmirik, amma o bizi məcbur edir. Məcbur edir ki, dəmir aftafalarla yuyunaq. Məcbur edir ki, polad ayaq yollarına gedək. Şah ədalətsizdir. O bizim ayaq yoluna getməmək haqqımızı əlimizdən alır. Hər dəfə kimsə ayaq yoluna girəndə şahı söyür, sonra deyir ki, bu millət belə şahla düzələn deyil. Sonra tumanını çıxarıb oturur. Qurtaranda əgər qarşısına başqa bir adam çıxırsa, ona deyir, yenə məcbur elədilər gedim. Özüm heç istəmirəm ki. Məcbur edirlər. Onda qarşıdakı da deyirdi ki, elə məni də bu dəqiqə göndərdilər. Allah Saqqallı kişiyə rəhmət eləsin. Əgər o qalsaydı, indi heç kəs işəyib oranı-buranı bulamazdı. Bundan sonra ayaq yoluna getməyi təhqir sayanlar xarici ölkələrə məktublar yazmağa başladılar. “Burda hamı tualetə gedir, heç kəs burda təmizliyə riayət eləmir. Hamı içində saxlamaq istəyir, amma şah qoymur. Şah olmasa biz heç vaxt heç yanı bulamayacağıq”. Düşmən şahlıqlar bunu görüb düşmənçiliyi daha da qabartmaq üçün, xalqın sevgisini qazanmaq üçün cavab verir: “Aaa siz nə danışırsınız? Heç elə şey olar? Getməyin. Hamı bir nəfər kimi imtina edin. Bizdə heç kəs tualetə getmir. Bizə tualetlər lazım deyil. Əgər bütün aftafaları sındıra bilsəz, bir-iki dəfə əliniz-dalınız çirkli qalsa, siz iyrənib bir də heç vaxt heç nə ifraz etməyəcəksiniz”. Bunu eşidən xalqın ümidləri oyandı. Onlar saraya hücum edib şahı öldürdülər. Sonra qəbrinə aftafa qoyub onunla bir basdırdılar. Daha sonra isə bütün aftafaları sndırıb bütün ayaq yollarını dağıtdılar. Böyük bir şənlik başladı. Onlar bayraqlarının üstündə təmiz dal şəkli qoydular. Bu onların dallarının heç vaxt çirkli olmadığının rəmzi oldu. Sonra televiziyalarda məşhur müğənnilər göz yaşları və utanc ilə sonuncu dəfə nə vaxt ayaq yoluna getdiklərini danışdılar. “Xanım, siz gənc yaşlarınızda ayaq yoluna gedirdiniz? – Bəli, çox utanıram indi bunu etiraf etməkdən, amma mən doğrudan da ayaq yoluna gedirdim. Hər dəfə söz verirdim, amma hər dəfə qarnım dolanda özümü saxlaya bilməyib ayaq yoluna gedirdim. Lakin bir gün ayaq yoluna böyük bir güzgü qoyub öz halıma baxdım. Ayaq yoluna gedərkən olan halıma baxdım. Onda özümə nifrət elədim. Və başa düşdüm ki, bizim millətə belə namussuzluq yaraşmaz, biz təmiz və günahsız, namuslu və qeyrətli olmalıyıq. O gün-bu gün ayaq yolu mənim üçün bitib. – Neçə il olar təxminən? – 5 ildir ki, mən ayaq yoluna getmirəm. – Alqışlar, bizim dahi sənətkarımız 5 ildir ki, ayaq yoluna getmir”. Bundan sonra dərsliklərdə ayaq yolunun pis cəhətləri haqda mətnlər uşaqların beyninə dolduruldu. Daha sonra ayaq yoluna gedən qızlara namussuz deyilməyə başladı. Daha sonra bütün xarici filmlərdəki ayaq yolu səhnələri kəsilib uşaqların tərbiyəsini pozar deyə, qadağan olundu. Bütün kitablardan ayaq yolu sözləri çıxarıldı. Bu şəhər məni çox təəccübləndirdi. Mən yolçudan yolu öyrənib ora getdim. Şəhərə girən kimi əski ilə burnumu tutdum. Bütün şəhər iy verirdi. Hər yerdən iy gəlirdi. Amma bütün insanlar buna baxmayaraq çox rahat idi. Əvvəlcə mən elə bildim ki, yalnız mənə bu iy gəlir. Amma sonra başa düşdüm ki, onlar sadəcə bu iyə öyrəşdiyindən onu hiss etmirlər. Sonra restoranların birində əyləşib qarşı masadakı adamlara baxdım. Onlar qaqqıldayır, pivə içir və domino oynayırdılar. Elə bu an restoranın qapısı açıldı və içəri gözəl bir xanım girdi. O, içəri girən kimi qarşı masadakı kefi kök kişilərin qaşqabağı yerə-göyə sığmadı. Onlardan biri qışqırdı: – Aftafalı əllərinlə bizim restoranın qapısını açma! Mundar, namussuz, qeyrətsiz, geridəqalmış!!! Xanım qəmli gözləri ilə onları süzüb başını aşağı saldı. Elə bu an kişilərdən biri pivə şüşəsini onun başına atmaq üçün ayağa qalxdı. Mən tez onun qarşısını alıb enli qollarını nazik əllərimlə saxlamağa çalışdım: – Eləmə! Sakitləş! O mənə baxıb yekə qarnının bir hissəsini yağlı masaya söykəyib dedi: – Sən buna bir bax. Tualetə gedən namussuzu qoruyur. Bilirsən o yemək yeyəndən sonra nə oyunlardan çıxır? – Nə? – O tualetə gedir. Eşidirsən? Deyilənə görə, xaricdən özünə aftafa alıb, evində də unitaz qoydurtdurub. Mundarın biri, mundar! Bizim təmiz qızlar kimi deyil o – çirklidi! Mən gülümsəyib ona dedim: – Guya sən heç tualetə getmirsən? Bundan sonra heç nə yadımda qalmayıb. Bircə onu bildim ki, başıma iri bir şüşə dəyib çilik-çilik oldu. Özümə gələndə məni artıq məhkəməyə hazırlayırdılar. Mən çığırırdım. – Niyə? niyə?! Bütün zaldakı adamlar və hakimlər mənə tərs-tərs baxdılar. Onlar mənim əllərimi bağlamışdılar. Sonra bir nəfər ayağa durub mənə yaxınlaşdı. – Dünən saat 17 radələrində siz restoranda namussuz, cinayətkar bir qadınla əlbir millətin namusu və müqəddəs dəyərlərini alçaltmısınız. Siz cinayətkarın qarşısını almağa çalışan bu qeyrətli vətəndaşın əlini sındırmaq istəmisiniz. Sizi vətən xaini elan edirik. Mən əsəbiləşib ayağa qalxdım. – Ey siz, axmaqlar, cahillər, yalançılar! Guya siz özünüz ayaq yoluna getmirsiniz? Bəs yediyiniz haradan çıxır? Sizin bütün şəhəriniz iy verir. Hara gedirdim ağacların dibində nəcis var idi. Guya siz özünüz bulamırsınız? Hə? Nə namusdan danışırsınız? Nə qeyrətdən, müasirlikdən danışırsınız. Biz hamımız insanıq, hamımız da ayaq yoluna gedirik. Açıq, ya gizlin. Bunu gizlin edəndə siz namuslu olursunuz? Hə? Ayaq yoluna getməyən insan yoxdur. Əgər bu günahdırsa, əgər bu cinayətdirsə, onda niyə bütün insanlar belə yaranıb, hə? Siz öz hisslərinizi, öz arzularınızı öz ehtiyaclarınızı özünüzdən gizlədirsiniz. Siz ölü şairlərin, məktəb kitablarının, valideynlərin və cəmiyyətin qulusunuz. Onlar sizi idarə edir. Siz həmişə günahı başqalarında görürsünüz. Siz də aftafa almaq istəyirsiniz, amma utandığınız üçün gizli də olsa, çirkli gəzməyi ondan üstün tutursunuz. Və sizin arzuladıqlarınıza sahib olanları məhv edirsiniz. Yazıq millət, başıboş xalq. Siz hamınız ayaq yoluna getməsəz də… Elə bu an hakim çəkicini vurdu. Məhkəmə işi sona çatdı. İnsanlar oturacaqlardan durub yavaş-yavaş dağılışmağa başladılar. Oturacaqlarda qalmış sidik-nəcisin iyi bütün zalı götürdü. Kimlərsə gizlicə bunu masanın altında edirdi, kimlərsə elə şalvarlarını çıxarmamış. Kimlərsə arxalarına torba bağlayırdılar. Kimlərsə ovuclarına götürüb oturacağın arxasına sürtürdülər. Kimlərsə eləyib qurtaran kimi, qaçıb polis çağırırdılar. “Bura baxın, bura baxın kimsə bulayıb”. Mən isə bir gün sonra zindana salındım. Deyilənə görə, bir neçə gün sonra o qızı kəndirdən asıb, ocaqda yandırdılar. Deyilənə görə, bir neçə gün xalq mənim ölümümü istəyib zindanın darvazalarını döydülər. “Ayaq yoluna gedənlərə ölüm, namussuzlara, alçaqlara, çirklilərə, kafirlərə, geridə qalmışlara ölüm!!!” Zindanda mənimlə bir başqa adamlar da qalırdı. Hərdən təzə adamlar gəlir və mənə digər şəhərlər haqda danışırdılar. “Fahişəlik etməyənlər şəhəri”, “İçki içməyənlər şəhəri”, “Rüşvət almayanlar şəhəri”, “Millətçilər şəhəri”, “Dindarlar şəhəri”, “Demokratik insanlar şəhəri”, “Xoşbəxt ailələr şəhəri”, “Milli musiqini sevənlər şəhəri”, “Bir-birinə xəyanət etməyən sevgililər şəhəri”, “Porno filmlərə baxmayanlar şəhəri”, “İtirilmiş torpaqları həqiqətən qaytarmaq istəyənlər şəhəri” və daha hansı tanımadığım gözəl şəhərlər. müəllif: RADICAL
AiD (H.O.S.T): “Bakı”ya qayıdıram!” Onlar təkcə rep səhnəsində deyil, ümumən Azərbaycan musiqi industriyasında inqilab etdilər. Musiqiyə ciddilik, fəlsəfə, fərqli baxış gətirdilər. Onları onlara nifrət edənlər də dinləyir. Hər zaman hər şeydə keyfiyyətə üstünlük verirlər. Onlar yeni yol cızdılar, yeni cərəyan yaratdılar. Onların hazırda minlərlə dinləyicisi var. Konsertləri anşlaqla keçir. Klipləri ən çox baxış toplayır…Söhbət H.O.S.T qrupundan gedir. Rubrikamızın bu dəfəki qonağı qrupun üzvü AiD-dir (Orxan Zeynallı). Digər üzvlərdən fərqli olaraq o, futbola marağı ilə də seçilir. Elə ilk solo klipində də futbol topu diqqətdən yayınmamışdı. “Valideynlərim məni futbol meydançalarında tapırdı” - Orxan, gəl, başdan başlayaq. Futbol sənin həyatına necə daxil oldu? - Salam. Futbola bağlılığım, yəqin ki, gəzməyə başladığım vaxtla bağlıdır. Lap kiçik yaşlarımdan futbol oynayırdım. Həm küçədə uşaqlarla, həm də evin dəhlizində atamla. Atamın, babamın, nənəmin futbola olan marağı mənə də güclü təsir etmişdi. Futbola ilk dəfə 1996-cı ildə baxmağa başlamışam. Düzü yadımda deyil dəqiq hansı oyun idi. Amma bircə onu bilirəm ki, Madrid “Real”ı oynayırdı. - Bəs, uşaqlıqdan bu qədər həvəsli oluğun idman növü ilə niyə məşğul olmamısan? - Əslində məşğul olmağıma bir çox səbəblər mane olub. Birinci dəfə futbola getmək istəyəndə sağlamlıqla bağlı problemlərim məni bu həzzdən məhrum etdi. Sonralar isə artıq gec idi. 18 yaşımda “Bakı 2” komandasında hazırlıqlara başıladım. Amma sonra başa düşdüm ki, 18 yaşda futbola başlamaq mümkün deyil. Baxmayaraq ki, məhəllə futbolunda digərlərindən fərqlənirdim. Məktəb və universitet yarışlarında da həmişə seçilirdim. Uşaqlıqda məni tapmaq istəyən valideynlərim məni futbol meydançalarında və ya məhəllədə topla bir yerdə tapırdılar. Əvvəlcə fuutbola məcburi baxmağa başladım. İlk dəfə atam məni “gəl, otur bax” deməklə istiqamətləndirdi. Mən isə baxmaq istəmirdim, qaçırdım uşaqlarla futbol oynamağa. Belə çıxır ki, futboldan futbola qaçırdım. - Səni tez-tez səhnələrdə, TV verilişlərdə görməyə öyrəşsək də, bəzən stadionlarda – tribunalarda da Aidə rast gəlmək mümkündür… - Hə, düzdür. İmkan olduqca çalışıram matçlara gedim və oyunları stadiondan birbaşa izləyim. Əsasən, milli komandanın görüşlərinə gedirəm. Milli çempionatımızı, düzü, elə də bəyənmirəm. Darıxdırıcı gəlir mənə. Amma əvvəlki ilə müqayisədə irəliləyiş hiss olunur. Dövlət və bir qrup insanların futbola maddi dayaq verməsi yaxşı haldır. Çünki futbol pul tələb edən idman növüdür. Sadəcə, düşünürəm ki, çempionatımızda oynayan futbolçular yalnız pul xətrinə oynayır. Təbii ki, söhbət hamıdan getmir. Futbol isə elə bir idman növüdür ki, elə bir sahədir ki, onu sevib onunla məşğul olmalısan. Yoxsa alınmayacaq. Bu bütün işlərdə belədir. Ona görə futbola təsadüfi adamlar gəlməməlidir. İndi şükür Allaha, bazaların vəziyyəti yaxşıdır, maaşlar əvvəlki ilə müqayisədə çox yüksəkdir. Şərait ümumilikdə kifayət qədər qənaətbəxşdir. Qalır bəzi əskiklər. Onlar da vaxt keçdikcə düzələcək. - Bizdə olan məlumata görə yenidən “Bakı”ya qayıtmısan… - Hə, elədir. “Bakı” futbol klubunun atmosferi, şəraiti mənim çox xoşuma gəlmişdi. İndi də onlarla danışıqlar aparıram. Danışıqlar müsbət nəticələnsə, bu yaxınlarda AİD-i “Bakı”nın siması kimi görə biləcəksiniz. “Bakı”ya futbolçu kimi olmasa da, qayıdıram. - Bəs müzakirələr nə yerdədir? - Hələ tam bitməyib. “Foqts getməlidir” - Dedin ki, əsasən millinin oyunlarına gəlirsən. Sonuncu dəfə hansı matçı izləmisən? - Belçika ilə Azərbaycanın qarşılaşmasını izlədim, peşman da olmadım. (gülür) - Bəs millimizin bu seçmə mərhələdəki çıxışı haqda nə deyərdin? - Bildiyimə görə, bu mərhələdə tarixboyu ən çox xal toplamaqla yadda qaldı. Deməli, elə də pis çıxış etməmişik. Bəzi oyunlarda daha da yaxşı oynamaq olardı. - Berti Foqtsdan razısan? - Razıyam, narazıyam bu elə də böyük önəm daşımır. Amma məncə, Foqts və ya başqa bir əcnəbi məşqçi bizə kömək edə bilməz. Bizə yerli məşqçi lazımdır. Ermənistan əgər bu gün qrupda bizdən iki dəfə çox xal toplayırsa və ən çox qol vuran komandalardan biridirsə, onda hansı Foqtsdan, hansı Kapellodan və ya Hiddinkdən söhbət gedə bilər?! Yerli məşqçi olmalıdır, düzgün strategiya qurulmalıdır və irəliləmək lazımdır. Biz hər şeyi qısa müddətdə əldə etmək istəyirik. Nəticəni tez qazanmaq istəyirik. Amma hər şey mərhələli şəkildə olmalıdır. Qurban Qurbanov “Qarabağ”la üç il arxa-arxaya effektiv nəticə verirsə, deməli problemin həllini özümüzdə axtarmalıyıq. Ermənilər də bu səviyyəyə öz məşqçiləri ilə gəlib. Çünki biz qafqazlılar, türklər, şərq ölkələri Avropadan fərqli olaraq mentallığa bağlıyıq. Avropalılar üçün fərqi yoxdur. Amma bizdə bu şeylər genetikdir. Ümumiyyətlə, düşünürəm ki, millimizə psixoloq lazımdır. Yaxşı olar ki, baş məşqçi həm də psixoloq olsun. Amma alınmırsa, ayrıca psixoloq olsun. Necə ki, qapıçılarla işləyən məşqçi var, futbolçularla psixoloji cəhətdən işləyən məşqçi də olmalıdır. - Deməli, sən Foqtsa bu qədər pul verib millidə saxlamağın tərəfdarı deyilsən… - Xeyr. Ondansa o pulu millimizin futbolçularına versinlər, görün effekti necə olacaq. Həm də dediyim kimi mentallıq məsələsi. Baxın, Türkiyəyə. Şenol Günəş, Terim və Hiddink. Özünüz müqayisə edin nəticələri. - Yığmamızın oyunlarını izləyirsənsə, deməli, futbolçuları dəyərləndirə bilərsən. Kimin oyununu bəyənirsən? - Vaqif Cavadovun. O, potensialına görə digərlərindən çox fərqlənir. Hiss olunur ki, çox güclüdür. Amma artıq hərəkətlər çox edir, çalışır daima rəqibi keçsin. Fərdi oyuna daha çox meyillidir. Bu, ona mane olur. Amma topu qəbul etməsi, topla davranışı Avropa səviyyəsindədir. Bir də Rəşad Sadıxov. Onun soyuqqanlılığı digər futbolçularımızda da olsaydı…Fərqi yoxdur, Rəşad zəif oynadı, ya da güclü o, hər zaman sakitliyi ilə seçilir. Lap dünya ulduzları kimi. - Bəs kim ölkə xaricində rahatlıqla oynaya bilər? Söhbət Avropanın aparıcı çempionatlarından gedir… - Məncə, heç kim. - Səncə, niyə? - Bunun bir çox səbəbləri var. Amma mən futbolçuların intellektual səviyyəsinə toxunmaq istərdim. Futbolçu oyunlara tək psixoloji və fiziki cəhətdən hazır olmamalıdır. O, həm də intellektual cəhətdən böyüməlidir. Meydanı görmə bacarığı, qeyri-standard dəqiq ötürmələr etməyi futbolçunun səviyyəsindən xəbər verir. Bizdə isə bu çox aşağı səviyyədədir. Demək olar ki, bütün futbolçular eyni cür oynayır. Hərəkətləri eynidir. Amma Zidan, Ronaldo, Bekhem, Messi və kimi futbolçu olmaq üçün intellektual cəhətdən də artırmaq lazımdır. Bunu bir az Vaqifin oynunda hiss eləmək olur. - Bugünlərdə Vaqifi cəzalandırdılar… - (sözümü kəsir) Bilirəm. Xəbərim var. Mən bu vəziyyətdə heç kimə haqq qazandırmıram. Çünki orada tam olaraq nə baş verdiyini heç kim dəqiq bilmir. Bu adi haldır. Buna qədər də millidə belə şeylər baş verirdi. Futbolçu ilə məşqçi arasında anlaşılmazlıq tez-tez rast gəlinən problemdir. Elə götürək, Bekhemi. Feryusson ilə Bekhem arasında problem yarandı və Bekhem “Mançester”dən ayrıldı. Bizdə də çox olub. Həm klublarda, həm də yığmada. Samir Əliyev də yadıma gəlir ki, millidən kənarlaşdırılmışdı. Ümumiyyətlə, hesab edirəm ki, Samir Əliyev Azərbaycanın müstəqillik dövrünün ən güclü hücumçusudur. - Orxan, yadındadırsa, ilk dəfə futbolçular milliləşəndə bu həm azarkeşlər, həm mətbuat, həm də ümumiyyətlə sıravi vətəndaşlar tərəfindən birmənalı qarşılanmadı. Sən milliləşməyə necə baxırsan? - Milliləşməyə münasibətim elə də pis deyil. Amma gərək bu milliləşən futbolçu yığmaya xeyir versin. Bir-iki oyunda yaxşı oynayıb sonra itməkdənsə həmin futbolçunu milliləşdirməmək yaxşıdır. “Futbol nədir?! Get, ciddi iş tap. Həkim ol, hüquqşünas ol və ya gömrük işində çalış. Ən azı polis ol” - Azərbaycan çempionatını elə də izləmədiyini vurğuladın. Səbəbini isə maraqsız olmağı ilə izah elədin. Bəs başqa səni nə qane etmir Azərbaycan futbolunda? - Hə. Əslində çatışmazlıq hər yerdə var. Amma hardasa azdır, hardasa çox. Bizdə məncə, azarkeşlərin azlığı daha çox diqqəti çəkir. Futbolçulara isə azarkeş dəstəyi çox güc verir. Elə götürək özümdən. Mən universitet və ya məktəb çempionatlarında oynayanda kimlərsə gəlib bizə azarkeşlik edəndə daha yaxşı oynayırdım. Stimul verir adama bu. Eləcə də indi məşğul olduğum rep sənətində belədir. Çünki səhnəyə çıxanda boş oturacaqlar görmək, az pərəstişkar görəndə adam ürəksizləşir. Amma şükür ki, bizim öz konsertlərimiz daima anşlaqla keçir. Ona görə də uğur bizdən əl çəkmir (gülür) - Rep və futbol fanatlarını necə müqayisə edərdin? - Pərəstişkar, fanat, azarkeş, izləyici, dinləyici – bunlar demək olar ki, eyni şeydir. Sadəcə hər şey sabit kütlə ilə bağlıdır. Məsələn, mən bilirəm ki, təzə nə etsək, öz kütləmiz var onlar bizə dəstək olacaqlar. Sabit kütləmiz var və daim də artır. Facebook sosial şəbəkəsində bu sabitliyin rəqəmlə göstəricisi də var – 23 000! Buna baxmayaraq biz dayanmaq fikrində deyilik. Futbolda da belə olmalıdır. 1000 nəfər də olsa hər dəfə oyuna gəlib sevimli komandasını dəstəkləməlidir, ruhlandırmalıdır. Sonra yavaş-yavaş bu say artacaq. Bunun üçün bir qədər gözləmək lazımdır. - Rep və futbol. Valideynlər, böyüklər, qohum-əqrəba adətən bu iki sənətə eyni cür reaksiya verir: “Ciddi işlə məşğul olun” - Hə. Futbola getmək istəyən uşaqlara adətən deyirlər: “futbol nədir?! Get, ciddi iş tap. Həkim ol, hüquqşünas ol və ya gömrük işində çalış. Ən azı polis ol”. Repə də münasibət elədir. Amma bunun səbəbləri çoxdur. Sadəcə böyüklər kiçiklərə də seçim azadlığı verməlidir. Futbola qoymaq istəmirlər, çünki fikirləşirlər ki, pul yoxdur. Ya da uşağa nəsə olar. - Avropa futbolunda səni daha çox nə cəlb edir… - Futbol Avropa ölkələrində yüksək səviyyədədir. Demək olar ki, aparıcı çempionatlar eyni səviyyədədir. Amma futbol indi sürətlənib və onu bizə təqdim edən vasitələr də sürətlə inkişaf edir. Bu mənada mən İngiltərə premyer liqasını izləməyə üstünlük verirəm. Həzz alıram. Çünki futbol çox gözəl təqdim edirlər. Bu isə indi əsas nüanslardan biridir. Özüm “Mançester Yunayted”in azarkeşiyəm. - Ən bəyəndiyin futbolçu… - Dünyada yeganə futbolçudur ki, onun meydana çıxmağını səbrsizliklə gözləyirəm həmişə. 5-10 dəqiqə oynasa da, onu həvəslə izləyirəm. Bu, Devid Bekhemdir. - Orxan, futbol və azarkeşlərlə bağlı repiniz olacaq? - Görək də. Düşünürəm bu haqda. müəllif: RADİCAL
əlavələr  
 

HOST-da ən çox kimləri bəyənirsiniz?
QARAQAN
AID
PROMETE
FECK
JAMAL ALI
DƏRVİŞ
ERRANT
FELON DE JURE

(Sonucu göster)


 
H.O.S.T -un idealogiyası  
  Sənə öyrədilən hər şeyi unut.
Sən qum dənəciyi qədər kiçiksən.
Sən həyatın boyu ölümü düşünmədən yaşayırsan.
Ölüm gələndə isə deyirsən “Mən ki heç yaşamadım”.
100 il sonra isə sənə görə heç kəs ağlamayacaq.



Sənə danışılan heç nəyə inanma.
Sənin beynini uşaq nağılları ilə doldurdular.
Səni inandırdılar ki, bir gün
Simurq quşu gələcək və bizi qaranlıq dünyadan xilas edəcək.
Sən heç vaxt xoşbəxt olmayacaqsan.
Çünki, gözəl pəncərə təkcə şüşənin təmizliyindən yox, həm də mənzərədən asılıdır.



Bizim arzularımız yoxdu. Bizim hədəflərimiz var.
Biz Tarixin sınma nöqtəsiyik.
Biz qorxularımızı ümidlərimizin yanında basdırdıq.
Bizim üçün dəyərli heç nə yoxdur.
Biz uça bilməyəcəyimizi dərk etmiş körpələrik.



Sənə inanan hər kəsi aldat.
Səni tərifləyən hər kəsi söy.
Bizi öldürməyən bizi gücləndirir.
Bizim gücümüz zəifliyimizi anlamağımızdadır.
Biz nə qəhrəmanlarıq, nə də ki ədalət döyüşçüləri.
Bizim döyüşümüz özümüzə qarşıdır!
 
H.O.S.T is not SATANİST !  
  H.O.S.T yaranandan deyirlərki satanistdilər.HOST satanist olsa idi
"Sidretil müntəha" trackini niyə oxuyardı Qaraqan?Bunlar sadəcə
olaraq bizi sevməyənlərin bizə qarşı mənasız fikirləridi.Satanizmin
işarəsi ilə HOST-un işarəsi eyni deyildir.Aid demişkən "məntiq
dibdədi dibdəki görünəcək".Amma sizi də qınamaq olmurda
bizi sevməyənlər əsl mübarizə görməyib axı.Bizi sevməyənlərə son
söz " MƏN H.O.S.T SƏN KÖLƏ" !
 
HOST divarına dəstək ol !  
 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol